İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü - YENİLƏNİB - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın bu Təşkilatın fəaliyyətində rolu yüksək qiymətləndirilib.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı və Vətən müharibəsi dövründə Təşkilatın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin əhəmiyyəti bir daha vurğulanıb.

Bağdad Amreyev işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərini məmnunluqla xatırlayıb. Qonaq yaxın günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin də toplantısının keçiriləcəyini və həmin toplantıda iştirak edən nazirliklərin təmsilçilərinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına da qatılacaqlarını diqqətə çatdırıb.

O, həmçinin iyunda Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində genişmiqyaslı biznes forumun keçirilməsi niyyətinin olduğunu diqqətə çatdırıb, Türk dünyasından olan özəl şirkətlərin və iş adamlarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərdiklərini bildirib.

Bağdad Amreyev Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunduğunu qeyd edib, bu baxımdan Azərbaycan ilə birlikdə Şuşada çoxsaylı mədəniyyət tədbirlərinin keçiriləcəyini deyib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edilib və Bağdad Amreyevin Şamaxıya səfərinin türk dövlətləri arasında turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

End of content

No more pages to load

RADİO