Sahibə Qafarova Türkiyə və Gürcüstan parlamentariləri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, parlamentin sədri üç dost və qardaş ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək bu görüşlərin ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfə verəcəyini deyib.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Gürcüstan ilə çox möhkəm təməllər üzərində qurulmuş münasibətləri var.

Sahibə Qafarova deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan qlobal əhəmiyyətə malik, irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində də uğurlu əməkdaşlıq edirlər.

Milli Məclisin sədri parlamentlər səviyyəsində əməkdaşlıqdan danışıb və bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisin spikeri Mustafa Şentopun İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirakını və tədbirdə iştirak edən spikerlərin, nümayəndə heyəti başçılarının Şuşaya səfərlərini xatırladıb.
O, bu ilin aprel ayında Gürcüstana rəsmi səfəri zamanı burada keçirdiyi görüşləri, aparılan danışıqları yüksək dəyərləndirib. Üç ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının əhəmiyyətini bir daha vurğulayan spiker, belə bir tədbirin işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsini müsbət dəyərləndirib.

Bildirilib ki, uzun müddət işğal altında qalmış ərazilərimizdə Ermənistan tərəfindən bütün şəhər və kəndlər dağıdılıb, tarixi, mədəni və dini obyektlər vandalizmə məruz qalıb.

Spiker Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlərdən də danışıb.

Bildirib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, məsələyə konstruktiv yanaşma sərgiləməlidir. Post-münaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır. Heç şübhə etmirik ki, bu imkanlardan istifadə bölgəyə sülh və əmin-amanlıq gətirəcək.

Görüşdə çıxış edən Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ölkəmizə səfərindən və burada keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, belə tədbirlər regional əməkdaşlıq və parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. O, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş iclası barədə danışıb, müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirin ölkəmizin işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Türkiyə Azərbaycanı həmişə dəstəkləyib.

İki ölkə liderlərinin Şuşa görüşü bunun bariz nümunəsidir: “İnanırıq ki, tezliklə regionda davamlı sülh və sabitlik yaranacaq”.

Türkiyəli qonaq parlamentlərin Xarici əlaqələr komitələrinin üç tərəfli görüşlərinin gələcəkdə də davam etdirilməsinin mövqelərin tutuşdurulması baxımından əhəmiyyətini vurğulayıb. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

End of content

No more pages to load

RADİO