İlham Əliyev israilli həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla inkişaf edən dövlətlərarası münasibətlərin təməlində tarixən dostluq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayan xalqlarımızın iradəsi dayanır.

Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur. Şübhəsiz, Təl-Əvivdə ölkəmizin Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızın inkişafına, insanlararası təmasların artmasına töhfə verəcəkdir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd etmək istəyirəm.

Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FTB kosmos və UNO-ları araşdıran alimlərin müəmmalı yoxa çıxmasını araşdırır

“Bakı Marafonu”nda 25 min nəfər qeydiyyatdan keçdi - 42 km məsafədə mübarizə aparacaqlar

SON DƏQİQƏ: Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib- ÖZƏLVİDEO

17 il qadınları öldürən memar günahını etiraf etdi – FOTO

Tələbə qızın pul qarşılığında görüşdüyü kişinin doğma atası olduğu üzə çıxdı

Corc Kluni amerikalıları birliyə çağırdı: “Biz danışmaqdan qorxan insanların nəslindən deyilik”

Prezident Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi – FOTO

Andrey Babiş Azərbaycanda onu qoruyanlarla xatirə şəkli çəkdirdi

Əfqanıstanda qadın pedaqoqlar işdən çıxarılacaq

İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verildi – FƏRMAN

Coan Roulinqin oğlu “Harri Potter”in sevimli qəhrəmanının ölümündən sarsıldı: “Ana, onu niyə öldürdün?”

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq – RƏSMİ

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək – İlham Əliyevdən FƏRMAN

Keçmiş CIA zabiti: “İranda hakimiyyəti tez devirməyin mümkün olmadığını bilirdik”

Prezident bir qrup sahibkarı təltif etdi – ADLAR

Çində rekord yağıntı - Şəhər su altında qaldı – VİDEO

Moskvada güclü YANĞIN: Ölənlər var – VİDEO

Azərbaycan toylarında vəziyyət dəyişir – Müğənnisiz olacaq və…

İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirdi – VİDEO

Fitch Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

İranda “casus mərkəzi” aşkarlandı

İranda “casus mərkəzi” aşkarlandı

Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi

Abubakar “Neftçi”də qalacaq?

Abubakar “Neftçi”də qalacaq?

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

End of content

No more pages to load

RADİO