Ermənistan Brüsseldə verdiyi vədə Moskvada xilaf çıxdı – “Bu ölkələr Azərbaycanın mövqeyini dəstəkləyir” 

“Brüssel görüşündən sonra, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri qarşılıqlı şəkildə müsbət bəyanatlar səsləndirdilər. Demək olar ki, görüşdən sonrakı mövqelər hətta üst-üstə düşürdü. Bu da Azərbaycanın sülh gündəliyi çərçivəsində irəli sürdüyü 5 maddəlik təkliflərin qəbul olunması anlamına gəlirdi. Ermənistanın Baş naziri, hətta ölkə parlamentində də bu fikirləri bir daha təsdiqlədi və başqa yolun olmamasını açıq şəkildə bildirdi. Lakin, həmişəki kimi Ermənistan verdiyi vədlərə xilaf çıxmaq ənənəsinə sadiq qaldı”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə həmsədr yeni vasitəçi ROLUNDA – Rusiya masada yerini möhkəmləndirə biləcəkmi?


Belə ki, Ermənistanın Brüsseldə aprel ayının sonuna kimi delimitasiya komissiyasının yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə münasibət bildirən politoloq Paşinyanın mövqeyindəki dəyişikliklərin Rusiya səfərindən sonra ortaya çıxdığını bildirib: 

“Moskva səfərindən sonra Ermənistan Baş naziri sülh müqaviləsini qondarma separatçı rejimin hüquqi statusu müəyyən edilməklə imzalanmasının mümkünlüyünü bildirdi. Bununla yanaşı, yenidən ATƏT-in Minsk qrupunu gündəmə gətirildi. Bu reallığa uymayan tamamilə mif xəyalların səsləndirilməsinin başlıca məqsədi isə mövcud sülh gündəliyini gecikdirmək, beynəlxalq aktorları və iştirakçıları bura dəvət etmək, məsuliyyəti öz üzərindən atıb günahkar rolunda başqalarını göstərməkdir”. 

Amid Əliyev Ermənistan tərəfinin bu cür mövqe sərgiləməsinin ilk olmadığını və II Qarabağ müharibəsindən sonra rəsmi İrəvanın dəfələrlə oxşar addımı atdığını qeyd edib.

Politoloqun sözlərinə görə, daxili və xarici təzyiqlər nəticəsində erməni siyasi hakimiyyətinin fikri qeyri-stabil olaraq qalmaqdadır: 

“Azərbaycanınsa bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Bu günlərdə ölkə başçısı sülh gündəliyinə sadiq qalaraq yekun sülh sazişinin hazırlanmasına hazır olduğumuzu bir daha bildirdi. Hikmət Hacıyev Brüsseldə Ermənistan təhlükəsizlik şurasının sədri Armen Qriqoryanla görüşdü.

Avropa İttifaqının bu məsələdə prinsipal mövqeyi və Azərbaycan tərəfindən təklif olumuş sülh prinsiplərini dəstəkləməsi görünür ki, bir çox ölkələri əsasən də Ermənistana havadarlıq edən dövlətləri çox narahat edir. 

Lakin Ermənistan verdiyi vədləri yerinə yetirmək məcburiyyətində qalacaq, ona görə ki, həm Qərb, həm Türkiyə, həm də Rusiya bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə ABŞ dövlət departamentinin, Türkiyə dövlət başçısnın və Rusiya XİN-nin pozitiv və Azərbaycan mövqeyini dəstəkləyən bəyanatlarını eşitməkdə davam edirik.  

Bununla yanaşı nəzərə almaq lazımdır ki, istər iqtisadi, istər sülh, istər diplomatik və sonda hərb gündəliyində şərtləri və qaydaları diktə edən, dəyişən Azərbaycandır, Ermənistan yox.


Ermənistan dövləti və erməni cəmiyyəti bunu nə qədər tez fəhm etsələr özlərinə xeyr etmiş olacaqlar. Əks halda, Azərbaycan danışıqlarda manipulyasiya və yersiz prolonqasiyalara yol verməyəcək”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

End of content

No more pages to load

RADİO