Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazıməmməd-Qazax-Qardabani xətti üzrə 1,449 milyard kubmetr təbii qaz idxal olunub. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1% azdır.
2019-cu ildə Gürcüstan Azərbaycandan 1,743 mlrd. kubmetr qaz idxal edib. İdxal həcmlərinə ümumilikdə 285 milyon ABŞ dolları ödənilib.
Bizim.Media xəbər verir ki, neft məsələləri üzrə ekspert Zəfər Vəliyevin təhlilinə görə 2019-cu ildə Gürcüstana SOCAR xətti ilə satılmış qazın hər 1000 kubmetrinin qiyməti 163 dollar təşkil edib.
Alçina Amilqızı, Bizim.Media