Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

142 min manatlıq qızılı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxsin məhkəmə prosesi keçirilib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustunda baş verib.

Belə ki, 23 avqust 2025-ci ildə təqsirləndirilən şəxs Dubay-Bakı aviareysi ilə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində gömrük nəzarətinin "Qırmızı kanalı"na yaxınlaşıb. Bu zaman gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün Sərnişin şöbəsinin inspektoru tərəfindən "Body scan" aparatından keçməsi üçün həmin aparata yönləndirilib.

Təqsirləndirilən xəstə və yorğun olması bəhanəsi ilə aparatdan keçməyərək orada yerləşən "Özün et" masasının arxasına keçərək sağ tərəfdə olan stulda əyləşib.

İnspektor onun əynindəki şalvarın cibində saxladığı əşyanı masanın arxasına atıb "Body scan" aparatından keçdiyini, aparatda müayinə zamanı hər hansı hüquqpozma predmetinin aşkar olunmadığını müşahidə edib.
 

Bununla əlaqədar həmin masanın arxasına baxdıqda orada qararəngli sellofan paketə bükülmüş halda kiçikölçülü bağlamanın olduğunu müəyyən edilib.


Bağlamaya keçirilən ilkin baxış zamanı yapışqan içərisində gömrük nəzarətindən gizlədilmiş 10 ədəd "Pamp" markalı qızıl külçənin olduğu aşkar edilib.

Həmin külçələrə ətraflı baxış keçirilməsi üçün təqsirləndirilən şəxs tərəflərindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Ümumi çəkisi 712 qram təşkil edən 10 ədəd qızıl külçə qablaşdırılmaqla götürülüb.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmetinin dəyərinin 40%-i miqdarında, yəni 56 884.8 manat cərimə edilib.

Həmçinin Dövlət Gömrük Komitəsinin mülki iddiası təmin edilərək qızıl külçələrin gömrük rəsmiləşdirilməsinə görə 18 285.44 manat məbləğində pulun təqsirləndiriləndən tutularaq DGK vasitəsilə dövlət büdcəsinə ödənilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

End of content

No more pages to load

RADİO