Cənubi Qafqazda münaqişələr yenidən alovlana bilərmi? – Moskvanı qıcıqlandıran FAKTORLAR

“İstisna etmək olmaz ki, rusiyalı deputatların Azərbaycana qarşı təhdidlərinin əsas səbəbi Ukraynaya göstərilən hərbi yardımlar idi”. 

Bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamasında politoloq Fikrət Sadıxov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın yeni PLANI - Kreml erməni revanşistlərə dəstəkdən imtina edir?


Belə ki, rusiyalı deputatların təhdid dolu açıqlamaları fonunda, bir müddət əvvəl Moskvanın Azərbaycana qarşı hiss olunan aqressiyasını şərh edən politoloq rəsmi Bakının şimal qonşumuzu açıq şəkildə dəstəkləmədiyini vurğulayıb:

“Azərbaycan Rusiya ilə partnyorluq münasibətlərində olsa da, açıq dəstək yoxdur. Eyni zamanda Ukraynaya humanitar yardım, ölkələr arasında xoş münasibətlər Rusiyanı qıcıqlandıran amildir”.

Fikrət Sadıxov sözügedən vəziyyətin Cənubi Qafqazda gedən proseslərə təsirlərini də şərh edib:

“Əlbəttə, müəyyən neqativ münasibət Rusiya siyasi dairələrində hiss olunur. Amma belə açıq şəkildə mənfi yanaşma və Cənubi Qafqazda münaqişənin alovlanmasını gözləmirəm. Biz hər halda, Rusiya ilə münasibətlərimizi partnyorluq səviyyəsində saxlayırıq. Onlar bunu başa düşür. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da son açıqlamalarında Azərbaycan və Ermənistan XİN-lərinin görüşünün, sərhədlərin delimitasiyası məsələsinin həllinin gündəmdə olduğunu bildirib.
 

Ona görə də Rusiya siyasi dairələrinin bu tip açıqlamalarının Cənubi Qafqazda gərginliyin yaranmasına gətirib çıxarcağı real görünmür”. 


Qeyd edək ki, Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Erkin Qədirli AŞPA-nın plenar iclasındakı çıxışı zamanı rusiyalı deputatların ölkəmizə qarşı təhdid dolu açıqlamalarına əsas səbəb kimi, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımları göstərib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO