Rusiya “qırmızı cizgiləri”ni göstərir - “Şuşanı azad etdikdən sonra iki yolumuz var idi...”

“Şuşanı azad etdikdən sonra iki yolumuz var idi. Birinci yol Şuşada yerləşən ordu Xankəndinə daxil olur və erməni separatçıların yerdə qalanı mühasirəyə alınmaqla məsələ birdəfəlik həll edilir, ikinci yol bir qisim şərtlərimizin yerinə yetirilməsi qarşılığında Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verilir. Əlbəttə, biz birinci yola üstünlük verirdik”.

Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinğlu deyib. O, qeyd edib ki, məqsəd Dağlıq Qarabağda müxtəlif fasilələrlə 100 ildən çoxdur davam edən separatizmin kökünü birdəfəlik kəsmək idi:

“Bu zaman Azərbaycan qanunlarını qəbul etməyən mülki ermənilər üçün dəhliz saxlamalıydıq ki, onlar Dağlıq Qarabağı tərk etsinlər. İndiki şərtlər altında hansısa erməninin Azərbaycan qanunlarını və pasportunu qəbul edəcəyini zənn etmirəm. Hamısının beyinləri zəhərlənib, sağalmağa hələ çox vaxt var".

"Demək ermənilər bölgəni tamamən tərk edəcəkdilər. Yəni birinci ssenariyə görə ordumuz itkilər verərək Xankəndinə daxil olur, Kəlbəcər, Laçın və Ağdamdakı yerdə qalan separatçıları məhv edir və bununla tarixi problemi həll etmiş oluruq. Rusiya buna seyrçi qalacaqdımı? Ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi və separatçılığa başlayaraq əbədi olaraq azərbaycanlılara problem yaradılması Rusiyanın layihəsidir. Rusiya bu layihəsindən imtina edərdimi?” 

Politoloqun sözlərinə görə, Şuşanın azad olunmasından sonra Rusiya bizə “qırmızı çizgiləri” göstərdi və gün ərzində təzyiq artdı:

“Ancaq biz bu təzyiqə rəğmən, işi bitirməliydikmi və işi bitirsəydik bizi hansı problemlər gözləyəcəkdi? Dağlıq Qarabağda erməni qalmasaydı Rusiya və Qərb ölkələri bizi etnik təmizləmədə ittiham edəcəkdilər. Hətta bu ittihamlara göz önünə alaraq Türkiyə ilə məsləhətli şəkildə sona qədər getməliydikmi? Bu sualları sonsuza qədər uzatmaq olar. Ona görə də mümkün təhlükələr və risklər göz önünə alınaraq ikinci varianta üstünlük verildi və işin içində Türkiyə də var idi”. 

Politoloq əlavə edib ki, istədiklərimizin tamamını əldə etsəydik belə müharibədə qaliblə məğlub arasında ilkin razılıq əldə etmək üçün vasitəçi dövlətə ehtiyac yaranacaqdı:

“Çünki Naxçıvanla dəhliz və sərhədlərin müəyyənləşməsi üçün təminatçı dövlət mütləq olmalıydı. Rusiya bir başqasının təkbaşına vasitəçi olmasına imkan verməyəcəkdi. Laçının, Kəlbəcərin, Ağdamın azad olunması, Ermənistanla sərhədin müəyyənləşməsi və Naxçıvana dəhlizin açılması şərtilə Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verildi.

Ancaq bu qərarın qəbulu zamanı da bilinirdi ki, işimiz tam bitmədi və gələcəkdə bizi başqa problemlərin həlli gözləyəcək. Bu problemlər özünü gözlətmədi və sayı hər gün artır. Yeni mərhələdə bu problemlərin həllini Türkiyə ilə birgə sürətləndirməliyik. Erməni separatçıları tam tərksilah olunmalı, azərbaycanlılar Şuşanın bütün kəndlərinə, Xocalıya və Xankəndinə qayıtmalı, bölgədə Azərbaycan qanunları işləməlidir.

Aydındır ki, bu, bir gün və bir ay içində baş verməyəcək. Separatizmlə mübarizəni çoxşaxəli şəkildə davam etdirməliyik. Başqa alternativimiz yoxdur. Sadəcə, rəsmilərimiz müharibə günlərində olduğu kimi cəmiyyətə mövcud vəziyyəti izah etməli, bu mərhələdəki problemləri necə həll edəcəyimizi anlatmalıdırlar”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya ETDİ

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya ETDİ

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

Qızıl yenidən kəskin BAHALAŞDI

Qızıl yenidən kəskin BAHALAŞDI

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO