Ukrayna Ali Radasının deputatı: “Biz bu müharibədə qalib gəlirik” - MÜSAHIBƏ

Rusiya-Ukrayna müharibəsinin 61-ci gününü yaşayırıq. Bu müddət ərzində hər iki ölkə xeyli sayda itki verib. Lakin müharibə hələ də davam etməkdədir. 

Son vəziyyətlə bağlı Bizim.Media-nın suallarını bu dəfə Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” parlament fraksiyasının təmsilçisi Lyudmila Marçenko cavablandırıb. 

Sözügedən müsahibəni təqdim edirik:

- Xanım Marçenko, biz bilirik ki, Ukraynanın mübarizəsi davam edir. Bir çox ölkələr də Ukraynanı dəstəkləyir. Müharibənin hazırkı vəziyyətini necə qiymətləndirərdiniz?

- Ukrayna güclü ölkədir! Bütün dünya bunu artıq görüb! Biz bu müharibədə qalib gəlirik və qalib də çıxacağıq! Mən hərbi strateq deyiləm, bizdə ölkə rəhbərliyi və bütün hərbi əməliyyatların rəhbərləri işlərini görürlər. Onlar işlərini 100% görürlər və yalnız onlar hazırki vəziyyətə düzgün qiymət verə bilərlər. Mən öz növbəmdə Ukrayna Silahlı Qüvvələrinin gücünü, Ukrayna xalqının birliyini görürəm ki, onları sındırmaq və məğlub etmək mümkün deyil. Biz Müstəqillik və Azadlıq uğrunda mübarizə aparırıq. Bunu sizdən yaxşı kim bilə bilər ki?!

Mən bir xalq deputatı kimi qanunvericilik sahəsində, millətlərarası dostluq qruplarında fəaliyyətimi davam etdirirəm və ehtiyacı olan hər kəsə, istər təxliyə edilənlərə, istərsə də atəşə məruz qalanlara, uşaqlara, qocalara hər cür köməklik göstərirəm.

- Bir çox ölkələr Ukrayna hökumətinə yardımlar edir. Bu yardımlar ölkəyə çatırmı?

- Bəli, bütün yardımlar çatır və ehtiyacı olanlara tez paylanır. Şəxsən mən də humanitar yardımın axtarışı, çatdırılması və 15-dən çox ölkə ilə danışıqlarda iştirak edirəm.

- Müharibənin sonunu necə görürsünüz? Sizin bu istiqamətdə düşüncənizi öyrənmək istəyərdim.

- Ukraynanın Qələbəsi!!! Bizi dəstəkləyənlərin sayı günbəgün artır. Son mətbuat konfransında prezidentimiz Zelenski də bunu qeyd etdi: “Türkiyə vasitəçi olmağa hazır olan ölkələr arasında lider olmaq istədiyini göstərir. Türkiyə açıq şəkildə bəyan edir ki, təhlükəsizliyin təminatçıları arasında olacaq və olmaq istəyir. Prezident Əliyev də həmişə Ukraynanı dəstəkləyib. Humanitar yardım oldu, tibbi yardım oldu. Düşünürəm ki, bu gün Azərbaycan üçün Ukraynaya kömək etmək silah baxımından çətindir. Bunu başa düşmək olar, çünki onların Dağlıq Qarabağı var”. Bunu prezidentimiz açıq şəkildə dedi. Bəli, biz daha çox dəstək istəyirik, amma gerçəkləri də nəzərə alırıq.  

- Xanım Marçenka, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. 

- Mən də sizə dəstəyiniz üçün təşəkkür edirəm.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO