Azərbaycanlı gənclər Avropaya oxumağa necə gedə bilərlər? - Milli Erasmus Ofisinin rəhbəri ilə MÜSAHİBƏ

Erasmus proqramına qoşularaq təhsilini Avropanın nüfuzlu Universitetlərində davam etdirmək bu gün hər bir azərbaycanlı təlbənin arzusudur.

Bəs Erasmus tələbələrə nə vəd edir? Proqramın nə kimi üstünlükləri və gözə görünməyən çətinlikləri, tələbləri var?

Bizim.Media Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırovla müsahibəni təqdim edir:

- Erasmus deyərkən ilkin olaraq hamıda tələbə mübadiləsi fikirləri yaranır. Lakin Erasmusda müəllimlər və Universtitetlərin birbaşa olaraq yararlana biləcəyi üstünlüklər də var.

Erasmusun tətbiqi üçün əsas şərt baloniya sisteminə keçiddir. Azərbaycan 2005-ci ildən baloniya sisteminə keçidlə bağlı sənəd imzalayıb. Bu sistem Ali Təhsilin bütün pillələrini əhatə edir. Bakalavr, magistr, o cümlədən də doktrantura sahəsində təhsil alanlar da bu kimi imkanlardan yararlana bilərlər.

- Azərbaycanlı tələbələrin Erasmusla bağlı ən çox qarşılaşdıqları problemlər hansıdır?

- Erasmusun özünün büdcəsi yoxdur və maliyyələşməsi Avropa İttifaqına üzv ölkələr tərəfindən aparılır. Ən başlıca problemlərdən biri digər ölkələrə baxmış Azərbaycana az maliyyənin ayrılmasıdır.

Tələbələrin mənə müraciət edtdikləri problemlərə gəlincə, bəzi ölkələrin burada konsulluqları yoxdur və onlar viza almaq üçün başqa ölkələrə getməli olurlar və bu zaman çəkilən xərcləri Erasmus qarşılamır. Təhsil aldıqları Universitetdə təqaüdlərin nə vaxt ödənilməsini Universitet özü həyata keçirdiyindən bəzən gecikmələr olur, bu zaman tələbələrin narahatçılığı yaranır. Bəzi hallarda isə tələbələr yataqxana tapmamaqdan şikayətlənirlər. Ümumilikdə isə Erasmusun verdiyi təqaüd ölkələrə müvafiq olaraq 800, 850 və 900 avro civarında dəyişir.

- Nəyə görə məhz Avropa təhsili?

- Universitetlərdə çıxışlarım zamanı bu mənə ən çox verilən sualdır və haqlı sualdır. Siz bilirsiniz ki, Azərbaycanda ən qədim Universitet BDU-dur və  103 yaşı var. Avropada isə ən qədim Universitet İtaliyanın 11-ci əsrdə yaranan Baloniya  Universitetidir. Ona görə Avropa təhsili önəmlidir ki, oradakı təhsilin tarixi daha qədim və imkanları daha yüksəkdir. 

- Əgər Universitet Erasmus proqramına qoşulmayıbsa, tələbə bu proqramdan istifadə edə bilər?

- Tələbənin proqramdan istifadəsi üçün Universitetin proqrama qoşulması zəruridir. Proqramdan yararlanmaq istəyən tələbələr də bununla bağlı ilkin olaraq Universitetə müraciət etməlidirlər. Bəzən tələbələr bizə müraciət edirlər ki, biz nə üçün proqramdan yararlana bilmirik?  Biz onlara başa salmağa çalışırıq ki ,bunu təhsil müəssisəsindən tələb etməlidirlər. Biz ofis olaraq bütün Universitetlərlə görüşlər keçirib proqrama qoşulmağa dəvət edirik.

- Rusiyanın Erasmusdan çıxması Azərbaycana proqramdan istifadə zamanı nə kimi avantajlar qazandıra bilər?

- Rusiyanın Erasmusla əməkdaşlığı rəsmi olaraq dayandırması, məncə Azərbaycan üçün də problemlər yaradacaq. Çünki Rusiya Universitetləri Erasmusla bağlı çox təcrübəli idilər və Azərbaycan Universitetlərinə də proqram çərçivəsində onlarla əməkdaşlıq etmək asan olurdu. Rusiya ayrıldıqdan sonra isə Azərbaycan bu sahədə yeni tərəfdaşlar axtarmağa məcbur olacaq. Hazırda “Ali Təhsildə Potensialın Gücləndirilməsi” ilə bağlı Rusiya Universitetləri ilə əməkdaşlıq etdiyimiz 5 milyonluq yəni, hər birinin büdcəsi bir milyona yaxın beş layihəmizin taleyi məlum deyil və necə davam edəcəyimiz sual altındadır.

- Erasmusun tələbə mübadiləsindən əlavə daha hansı üstünlükləri var?

- Erasmusda hansısa tələbənin xaricə getməsi bu kiçik miqyasda olan mübadilədir. Mübadilə proqramından Azərbaycanda adətən 2-ci və 3-cü kurs təlbələri yararlanırlar. Bir də Ali Təhsildə Potensialın güclənməsi layihəsi var ki, keçmişdə bu Tempus kimi adlanırdı.Yeni kurikulum islahatlarının aparılması və ya yeni ixtisasların açılması bu irimiqyaslı layihələr sırasına daxildir. Bu zaman Universitetlərə xüsusi maliyyə ayrılır. Orada yaradıcı labaratoriyalar tikilir və bu da inkişafa təkan verir.

- Bəzən tələbə Erasmus çərçivəsində xaricdə oxuduğu smestri buradakı Universitetə qayıtdıqdan sonra yenidən oxumalı olur və bu da onların təhsili daha gec başa vurmasına gətirib çıxarır... 

- Tələbə orada aldığı balları və sertifikatı təhvil verdikdən sonra dərslərinə kurs yoldaşları ilə birlikdə davam etməlidir və normalda bu tip hallar olmamalıdır. Azərbaycanda bu tip hallar əsasən dövlət Universitetlərində baş verir. Ən başlıca problem odur ki, Azərbaycanda təhsil haqqında qanunda mübadilə nəzərdə tutulmayıb. Ona görə də dövlət Uniiversitetindən Erasmusla xaricə gedən tələbəyə öz Universitetindən Akademik Məzuniyyət verirlər. Halbu ki, Akademik Məzuniyyət mübadilə proqramı üçün nəzərdə tutulmayıb. Bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik. Bizdə olan məlumata əsasən məsələ müzakirədədir.

- Tələbələri maraqlandıran əsas suallardan biri də, Erasmusda iştirak zamanı xarici dil bilikləri ilə bağlıdır... 

- Erasmusun “IELTS” balının çoxluğu kimi məqamlarla bağlı xüsusi bir tələbi yoxdur. Hansı ölkəyə gedməsindən asılı olaraq tələbələr müəyyən qədər ingilis dili biliklərinə malik olmalıdırlar, lakin bunun tam tələbini Universitetlər özü müəyyənləşdirirlər.

- Bəs müəllimlər Erasmusun hansı üstünlüklərindən faydalana bilərlər?

- Müəllimlərin xarici Universitetlərdə təcrübə müddəti 2 ay nəzərdə tutulub. Təkcə müəllimlər deyil, Universitetin digər işçiləri də bu imkandan yararlana bilərlər.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO