İlham Əliyev: “Ermənistan Zəngəzurdan keçən avtomobil yolunun tikintisinə başlamayıb” - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu qeyd edərək, daha əvvəl əldə edilmiş razılıqların yerinə yetirilməsindən məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinə toxundu və komissiyanın iclasında görülmüş işlərin nəzərdən keçiriləcəyinə, həmçinin ənənəvi əməkdaşlıq sahələrindən başqa potensial istiqamətlərin, o cümlədən ticarət və xidmətlərin həcminin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyinə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rusiyanın Baş nazirinin müavinini qəbul etdi


Dövlətimizin başçısı Aleksey Overçukun ölkəmizə səfəri zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə etdi. 

Prezident İlham Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirdi. 

Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO