Bolqarıstanın Baş naziri İlham Əliyevə zəng etdi

Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.

Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.

Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan qazının Avropaya çatdırılmasını Cənub Qaz Dəhlizinin tamamlanması və bu tarixi layihədə iştirak edən ölkələrin uğurlu əməkdaşlığının təsdiqi kimi dəyərləndirib.

Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırılmasının Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması işinə böyük töhfə verəcəyini də bildiriblər.

Telefon söhbəti zamanı Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni sahələrdə əməkdaşlığın genişlənməsində tərəqqinin müşahidə olunduğu qeyd edilərək, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Boyko Borisov Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Telefon söhbəti zamanı, həmçinin Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov bir-birini Yeni il münasibətilə təbrik edib, möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

Qızıl yenidən kəskin BAHALAŞDI

Qızıl yenidən kəskin BAHALAŞDI

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

End of content

No more pages to load

RADİO