Prezidentin çıxışında erməni yalanlarının ifşası 

"Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi".

Bizim.Media xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev ermənilərin danışıqlar prosesini pozmaq cəhdlərindən bəhs edərkən vurğulayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir” - Prezident



Ali Baş Komandan İrəvanın belə utanverici həmlələrinə nümunə kimi hərbi vertolyotun hücumu və məhv edilməsini göstərib. Ölkə başçısının sözlərinə görə, Ermənistan bu bəhanə ilə danışıqlar prosesini dayandırmaq niyyətində idi.

"Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar".

Dövlət başçısı bilirib ki, Aprel döyüşləri də göstərmişdi ki, Azərbaycanı bu yoldan heç kim və heç nə döndərə bilməz.

"Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar”.

Prezident qeyd edib ki, 2018-ci ildə Günnüt əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlurlarımızdandır.

''Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, - indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi''.

''Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də''.

''Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur” deyə ölkə başçısı əlavə edib''.

Həqiqətən də tarixə nəzər salsaq, prezidentin çıxışının bu hissəsində 2 dəfə təkrarladığı "bizi aldatdılar" xatırlatması Paşinyandan əvvəl də yaşanıb. Belə ki, ermənilərin siyasi yalançılıqları Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarqsyanın hakimiyyəti illərində də qeydə alınıb.

Digər tərəfdən diqqət etsəniz, elə ki İrəvan Qarabağ konfliktində Bakı ilə ortaq məxrəcə gəlirdi, Ermənistan paytaxtı nümayişlərə bürünürdü. İşğalçı ölkədə baş verən bütün çevrilişlər Qarabağın danışıqlar yolu ilə Azərbaycana qaytarılmasının bir addımlığında baş verirdi və Ermənistanda yeni formalaşan hökumətlə münaqişənin həlli yollarını yenidən axtarmağa məcbur qalırdıq.

Əslində Ermənistanda rəhbər dəyişdilməsi üsulu ilə danışıqların dondurulması, Qarabağın 30 il işğalda saxlanılması təkcə ermənilərin ağlının işi deyil.

Heç kəsə sirr deyil ki, İrəvanda baş nazir, prezident seçilənlərin bəziləri Rusiyanın, müəyyən qismi isə qərbin adamlarıdır. ABŞ-ın diplomat sayına görə dünyada 2-ci ən böyük səfirliyinin Ermənistanda, Parisin İrəvanla ət-dırnaq yaxınlığı kimi faktları nəzərə alsaq, regiona nəzarət üçün konfliktin tez həll olunması Kremlə də sərf etmirdi.

Çünki İrəvandakılar əsasən qərbə sığınmaq istəsələr də, Bako Saakyanın Araikə təhvil verdiyi Qarabağ klanı ruspərəst idi.

ABŞ-Rusiya-Fransa üçbucağı - ATƏT-in Minsk qrupunun, BMT TŞ-ın daimi üzvlərinin Ermənistan vasitəçiliyi ilə Qarabağa atdıqları qıfıla açar tapılmırdı deyə həmin kilidi "Dəmir yumruq"la açdıq. Əlbəttə ki, Türkiyə, Pakistan və İsrail fonunda Minsk üçbucağına təsir edən digər diaqonalların da dəstəyini unutmaq olmaz.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

Qızıl yenidən kəskin BAHALAŞDI

Qızıl yenidən kəskin BAHALAŞDI

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

End of content

No more pages to load

RADİO