“İmtina etsələr, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq” - Prezident

"Digər beynəlxalq təşkilatlar - məsələn, sədrlik etdiyimiz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi qonşu ölkələr 3+3 formatda beş ölkə hazırda əməkdaşlıq formatı yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri mənə göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb, Prezident çıxış edir - FOTO


"Yəni, biz artıq bu mərhələni keçdik və bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir.

Yenə də bu gündəliyi biz ortaya qoyduq. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi.

Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik.

Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil.

Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər.

Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır.


Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq", - dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazında növbə gözləyən GƏMİLƏRİN görüntüləri yayıldı - VİDEO

Hörmüz boğazında növbə gözləyən GƏMİLƏRİN görüntüləri yayıldı - VİDEO

“Gözlərə nur bəxş edən alim” - Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir - FOTO

“Gözlərə nur bəxş edən alim” - Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir - FOTO

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə nələri müzakirə etdi? - FOTO

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə nələri müzakirə etdi? - FOTO

Tramp: “Həmişə Bukingem sarayında yaşamaq istəmişəm”

Tramp: “Həmişə Bukingem sarayında yaşamaq istəmişəm”

Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

IV kurs tələbəsi vəfat etdi

IV kurs tələbəsi vəfat etdi

Avtomobili alıb, rəsmiləşdirməyənlərin DİQQƏTİNƏ: Dövlət mülkiyyətinə keçəcək

Avtomobili alıb, rəsmiləşdirməyənlərin DİQQƏTİNƏ: Dövlət mülkiyyətinə keçəcək

Qaxda canavarlar qoyunları parçalayıb

Qaxda canavarlar qoyunları parçalayıb

Zaur ARB ilə bağlı bu məlumatı paylaşıb SİLDİ - EKSKLÜZİV/FOTO

Zaur ARB ilə bağlı bu məlumatı paylaşıb SİLDİ - EKSKLÜZİV/FOTO

Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyulacaq

Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyulacaq

İran bu məhsulun ixracını qadağan etdi

İran bu məhsulun ixracını qadağan etdi

74 yaşlı Bülent Ersoya NƏ OLUB? - VİDEO müzakirə yaratdı

74 yaşlı Bülent Ersoya NƏ OLUB? - VİDEO müzakirə yaratdı

Sabah bu ərazilərdə QAZ olmayacaq

Sabah bu ərazilərdə QAZ olmayacaq

Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş - TƏBİB-dən AÇIQLAMA

Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş - TƏBİB-dən AÇIQLAMA

Yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq

Yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq

Malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

İxrac bəyannaməsi bu halda LƏĞV EDİLƏCƏK

İxrac bəyannaməsi bu halda LƏĞV EDİLƏCƏK

Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

DİQQƏT: Mayın 1-də bu yollarda məhdudiyyət olacaq

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

End of content

No more pages to load

RADİO