Qırğızıstanın birinci xanımı İçərişəhəri gəzdi - FOTO

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də İçərişəhərlə tanış olub.

Bizim.Media xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova təndir çörəyinə qonaq edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı ilə görüşdü - FOTO


Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonaq “Brilyant əl” bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqda böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib.
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda ağır qəza: 3 nəfər xəsarət aldı

Cəlilabadda ağır qəza: 3 nəfər xəsarət aldı

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı

Ukrayna 26 kəndi geri qaytardı

Ukrayna 26 kəndi geri qaytardı

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Xəzər dənizinin səviyyəsinin enməsi bu tarixədək davam edəcək

Xəzər dənizinin səviyyəsinin enməsi bu tarixədək davam edəcək

Ronaldo Messinin atası ilə bağlı paylaşımına şərh yazdı - FOTO

Ronaldo Messinin atası ilə bağlı paylaşımına şərh yazdı - FOTO

Xoşqədəm ailəsi ilə Almaniyada - FOTO

Xoşqədəm ailəsi ilə Almaniyada - FOTO

Taksi sürücüləri üçün imtahan keçiriləcək – Qeydiyyat başladı

Taksi sürücüləri üçün imtahan keçiriləcək – Qeydiyyat başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib

Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Yasamal rayonunda oğurluq edən şəxslər TUTULDU

Yasamal rayonunda oğurluq edən şəxslər TUTULDU

Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO

Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO

Çinin keçmiş Baş naziri 98 yaşında vəfat etdi

Çinin keçmiş Baş naziri 98 yaşında vəfat etdi

Azərbaycanda oynayan israilli futbolçu “Sabah” – “Hapoel” matçı haqda danışdı

Azərbaycanda oynayan israilli futbolçu “Sabah” – “Hapoel” matçı haqda danışdı

SON DƏQİQƏ: Xocavənd rayonunda mina partladı - 2 nəfər xəsarət alıb

SON DƏQİQƏ: Xocavənd rayonunda mina partladı - 2 nəfər xəsarət alıb

Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Mingəçevirdə gənc oğlan su anbarında boğuldu

Mingəçevirdə gənc oğlan su anbarında boğuldu

Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Araşdırma: Hər ağcaqanad növünün özünə uyğun “insan tipi” var

Araşdırma: Hər ağcaqanad növünün özünə uyğun “insan tipi” var

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

End of content

No more pages to load

RADİO