Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. 

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. 

"Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Biz Sizinlə ötən ilin sonunda görüşmüşük. Bizim ilk görüşümüzdə mən Sizi Azərbaycana səfərə dəvət etdim. Şadam ki, qısa vaxtdan sonra, - heç 6 ay keçməmiş, - Siz Azərbaycana gəlmisiniz. Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq. Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq.

Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik.

Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim.
Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. 

Beynəlxalq sahəyə gəlincə, deməliyəm ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. 

Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz.

Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək. 

Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır. 

Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var.

Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı.

Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. 

Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik.
Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.  Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. 

Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətdə olublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu təsbit etmişik.

Bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir.

Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq". 

Sonra Qırğızıstan Prezidenti Sadır Japarov bəyanatla çıxış edib. 

"İlk növbədə, icazə verin, səmimi qəbul və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə və bütün Azərbaycan xalqına Qırğız Respublikasının nümayəndə heyəti adından dərin minnətdarlığımı bildirim.

Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik.
Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi.

Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq.

Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir.

Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı. 

Bu gün biz Dövlətlərarası Şuranı da təsis etdik. Onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq.

İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik. 
Bunu qeyd etməyə şadam ki, xalqlarımız fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə qarşılıqlı surətdə zənginləşir. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq.

Qırğızıstan öz tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir. 
Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür.

Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var". 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - HƏBS edildi - VİDEO

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - HƏBS edildi - VİDEO

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI

Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Prezident ailəsinin Qəbələdən səmimi FOTOSU

Prezident ailəsinin Qəbələdən səmimi FOTOSU

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

Hörmüz boğazında növbə gözləyən GƏMİLƏRİN görüntüləri yayıldı - VİDEO

Hörmüz boğazında növbə gözləyən GƏMİLƏRİN görüntüləri yayıldı - VİDEO

“Gözlərə nur bəxş edən alim” - Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir - FOTO

“Gözlərə nur bəxş edən alim” - Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir - FOTO

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə nələri müzakirə etdi? - FOTO

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə nələri müzakirə etdi? - FOTO

Tramp: “Həmişə Bukingem sarayında yaşamaq istəmişəm”

Tramp: “Həmişə Bukingem sarayında yaşamaq istəmişəm”

Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

IV kurs tələbəsi vəfat etdi

IV kurs tələbəsi vəfat etdi

Avtomobili alıb, rəsmiləşdirməyənlərin DİQQƏTİNƏ: Dövlət mülkiyyətinə keçəcək

Avtomobili alıb, rəsmiləşdirməyənlərin DİQQƏTİNƏ: Dövlət mülkiyyətinə keçəcək

Qaxda canavarlar qoyunları parçalayıb - FOTO

Qaxda canavarlar qoyunları parçalayıb - FOTO

End of content

No more pages to load

RADİO