Ukraynanın QƏLƏBƏ ŞANSI varmı? - Qərbin ağır silahları gecikdirməsinin SƏBƏBLƏRİ

“Rusiyanın Ukraynada apardığı müharibədə taktikasını dəyişdiyini iddia etmək doğru olmazdı. Zatən biz onların istər 2008-ci il Gürcüstan, istər 2014-cü il Krım, istərsə də 2022-ci il Ukrayna müharibəsində eyni taktikadan istifadə etdiyini görürük. Fərqlər yalnız azsaylı yeni raketlərin döyüşlərdə kütləvi tətbiqi ilə bağlıdır. Qalan taktikada heç bir dəyişiklik yoxdur”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Belə ki, Rusiya ordusunun Ukraynanın şimalından hücumları səngidərək Donbas cəbhəsinə yönəlməsi və bunun savaşın gedişatında yaratdığı dəyişiklikləri şərh edən ekspert Rusiyanın hücum istiqamətlərini məhdudlaşdırmağa məcbur olduğunu vurğulayıb:

“Sadəcə olaraq, Ukraynanın şimal və şimal-şərqindəki qoşunlarının bir hissəsi Donbas və cənub cəbhəsinə istiqamətləndirilib. Bu isə daha çox Rusiyanın uzaq məsafələrdə yerləşən qoşunlarının təchizat və təminatında yaşadığı problemlərlə əlaqəlidir”.

Ekspert qeyd edib ki, əgər Rusiyanın müharibənin ilk günlərində elan etdiyi hədəflərlə bu gün baş verənləri müqayisə etsək, Moskvanın hədəflərinə nail olmadığını görə bilərik:

“Bu, əməliyyatlar həm ayrılan zaman baxımından, həm də ilk dörd gün ərzində Zelenskini devrirərək özünə yaxın qüvvələri hakimiyyətə gətirmək planı nöqteyi-nəzərindən iflasa uğrayıb. Qeyd olunan hədəflərə nail olmaq bundan sonra mümkün görünmür. Lakin bu o demək deyil ki, Rusiya Ukraynanın cənubunda və şərqində işğal etdiyi Xerson və Donbasın Donetsk, Luqansk, eləcə də Mariopolda hücumlarını zəiflədəcək. Əksinə, şimaldan çıxarılan qoşunların bu istiqamətdə yerləşdirilməsi hücumların daha intensiv xarakter ala biləcəyini göstərir”.

Ədalət Verdiyevin sözlərinə görə, hücumların intensivləşdirilməsinə baxmayaraq, Ukrayna “Moskva” kreyserini və “Orsk” desant gəmisini batırdıqdan sonra mənəvi-psixoloji üstünlüyə sahibdir:

“Odur ki, Ukrayna rahatlıqla təslim olmaq niyyətində deyil. Eyni zamanda Qərbin ağır silahları və yüksək hündürlüklü zenit-raket komplekslərini Ukraynaya verməsi, Kiyevin Rusiyaya qarşı müəyyən istiqamətlərdə irəliləyişini də təmin edə bilər. Bir şərtlə ki, bu silahlar ən qısa müddətdə heyətlərin təlimi ilə bərabər Ukraynaya çatdırılmış olsun”.

Ekspert əlavə edib ki, Rusiyanın bundan sonra hər hansı uğurundan danışmağa dəyməz:

“Bugünə qədər baş verənlər onu göstərir ki, Rusiya özünü Ukrayna bataqlığına soxub. Bu bataqlıqdan nə geriyə, nə də irəliyə doğru addım ata bilir. Rusiya ordusunu, eləcə də silahının nüfuzu Qarabağdan sonra indi də Ukraynada yerlə-yeksan oldu. Siyasi rəhbərlik isə dünyadan qovulmuş fiqurlara çevrilib. Elə bir məmur qalmayıb ki, sanksiyalara məruz qalmasın. Ona görə də, burada hansı uğurdan danışmağa dəyməz, hətta müharibə istənilən nəticə ilə bitsə belə”.
 

Amma digər ekspertlərin fikrincə, müharibənin uzanması təkcə Rusiyanın məqsədləri ilə bağlı deyil. Burada Qərb də maraqlıdır, o, Rusiyanı çox dərin böhranın içinə salmaq üçün hələlik “torbanın ağzını bağlamır”.


Ağır silahları da gecikdirməkdə məqsəd budur, Qərb istədiyi zamanadək müharibəni uzatmaq istəyir. Rusiyaya isə təkəbbür mane olduğundan Qərbin bu tələsində hələ uzun müddət çabalamış olacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda ağır qəza: 3 nəfər xəsarət aldı

Cəlilabadda ağır qəza: 3 nəfər xəsarət aldı

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı

Ukrayna 26 kəndi geri qaytardı

Ukrayna 26 kəndi geri qaytardı

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Xəzər dənizinin səviyyəsinin enməsi bu tarixədək davam edəcək

Xəzər dənizinin səviyyəsinin enməsi bu tarixədək davam edəcək

Ronaldo Messinin atası ilə bağlı paylaşımına şərh yazdı - FOTO

Ronaldo Messinin atası ilə bağlı paylaşımına şərh yazdı - FOTO

Xoşqədəm ailəsi ilə Almaniyada - FOTO

Xoşqədəm ailəsi ilə Almaniyada - FOTO

Taksi sürücüləri üçün imtahan keçiriləcək – Qeydiyyat başladı

Taksi sürücüləri üçün imtahan keçiriləcək – Qeydiyyat başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib

Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Yasamal rayonunda oğurluq edən şəxslər TUTULDU

Yasamal rayonunda oğurluq edən şəxslər TUTULDU

Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO

Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO

Çinin keçmiş Baş naziri 98 yaşında vəfat etdi

Çinin keçmiş Baş naziri 98 yaşında vəfat etdi

Azərbaycanda oynayan israilli futbolçu “Sabah” – “Hapoel” matçı haqda danışdı

Azərbaycanda oynayan israilli futbolçu “Sabah” – “Hapoel” matçı haqda danışdı

SON DƏQİQƏ: Xocavənd rayonunda mina partladı - 2 nəfər xəsarət alıb

SON DƏQİQƏ: Xocavənd rayonunda mina partladı - 2 nəfər xəsarət alıb

Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Almaniya xüsusi xidmət orqanları xaricdə gizli əməliyyatlar aparacaq - Səlahiyyətləri genişləndirilir

Mingəçevirdə gənc oğlan su anbarında boğuldu

Mingəçevirdə gənc oğlan su anbarında boğuldu

Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Cəlilabad rayonunda zəncirvari qəza: YARALI VAR - VİDEO

Araşdırma: Hər ağcaqanad növünün özünə uyğun “insan tipi” var

Araşdırma: Hər ağcaqanad növünün özünə uyğun “insan tipi” var

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

End of content

No more pages to load

RADİO