İlham Əliyevdən yeni səfirə: “Birləşmiş Ərəb Əmirlikləri ilə möhkəm siyasi əlaqələrimiz var” – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir Məhəmməd Əl Bluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi.

Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon söhbətini xatırladan Prezident İlham Əliyev həmin söhbət zamanı əlaqələrimizin daha da intensivləşdirilməsinin vacibliyini bildirdiyini vurğuladı. 

Dövlətimizin başçısı məmnunluqla qeyd etdi ki, bu telefon danışığından sonra Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber Azərbaycanda səfərdə oldu və səfər zamanı əməkdaşlığımızın strateji əhəmiyyəti qeyd edildi, həmçinin BƏƏ-nin ölkəmizdə konkret investisiya layihələri ilə bağlı səmərəli müzakirələr aparıldı.

Prezident İlham Əliyev bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının önəmini vurğuladı, hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində çoxmilyardlı investisiya portfeli üzərində iş aparıldığını bildirdi və bunu iki ölkə arasında dostluq, qardaşlıq və böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda çox əlverişli investisiya iqlimi, cəlbedici enerji sektoru mövcuddur və bu, BƏƏ hökuməti tərəfindən də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu bildirdi, eyni zamanda, digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük imkanların olduğunu dedi və artıq ölkəmizin nəqliyyat infrastrukturuna BƏƏ tərəfindən investisiya qoyulduğunu qeyd etdi.

Azərbaycanın müxtəlif istiqamətlərə yönəlmiş çoxşaxəli mühüm regional nəqliyyat habına çevrildiyini vurğulayan dövlətimizin başçısı bu sahədə əməkdaşığımızın genişləndirilməsi üçün çox yaxşı perspektivlərin olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Abu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında güclü qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan səfir BƏƏ-nin siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində böyük səylər göstərdiyini bildirdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

End of content

No more pages to load

RADİO