Trofimçuk: “Bakının tələblərinin hüquqi əsası var və Moskva bundan xəbərdardır” - EKSKLÜZİV

“Rusiya tərəfi xüsusilə Ukrayna istiqamətində cərəyan edən hadisələri nəzərə alaraq, Bakı ilə mübahisəli situatsiyada qalmaq istəmir. Paşinyan isə Ermənistanın daxili siyasi tələsindədir. Nə sağa, nə sola, nə o tərəfə, nə də bu tərəfə addım atmaq imkanı yoxdur”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində Paşinyanın Moskvaya bugünkü səfərinin mahiyyətini şərh edərkən rusiyalı siyasi ekspert Qriqori Trofimçuk söyləyib.

Həmin müsahibəni təqdim edirik:

- Sizcə, Rusiyanın son zamanlar Qarabağda Azərbaycan ordusunun mövqelərinin möhkəmləndirilməsinə loyal yanaşmasının səbəbi nədir? Bu yumuşalma Rusiyanın Azərbaycanla imzaladığı əmkdaşlıq müqaviləsi ilə bağlı ola bilərmi?

- Bütün postsovet məkanında Rusiya-Azərbaycan münasibətlərini ən sabit və möhkəm münasibət adlandırmaq olar. Bu, ilk növbədə, iki dövlətin yüksək səviyyəli rəsmiləri arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı anlaşma ilə bağlıdır ki, bu da  qeyd etdiyiniz sülh sazişi ilə dəstəklənir. Moskva, əlbəttə ki, bu formatı yüksək qiymətləndirir, çünki beynəlxalq vəziyyətin göstərdiyi kimi, indi belə münasibətlər nisbətən nadirdir.

Bununla belə, burada, əlbəttə ki, dolayı səbəblər də daxil olmaqla daha geniş məqamlar var. Rusiya tərəfi xüsusilə Ukrayna istiqamətində cərəyan edən hadisələri nəzərə alaraq, Bakı ilə mübahisəli situatsiyada qalmaq istəmir. Təbii ki, bir çox rusiyalı analitiklərə də aydındır ki, Azərbaycan Qarabağda öz məqsədlərinə çatmaq üçün bu vəziyyətdən, belə demək mümkünsə, Rusiya Federasiyasının məşğulluğundan istifadə edə bilər. Amma indiyə qədər, Azərbaycanın hansısa qəbuledilməz xətti keçdiyini heç kim müşahidə etmir. Bakı ləyaqətli siyasət yürüdür.

Üstəlik, açıq deyək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəzi əsas məqamları indiyədək yerinə yetirilməyib. Ona görə də Bakının tələblərinin təkcə mənəvi deyil, həm də hüquqi əsası var və Moskva bundan xəbərdardır.
Amma bunu bir daha vurğulamaq istərdim ki, Rusiya tərəfi son günlər baş verən hadisələrə, sadəcə, orada yenidən irimiqyaslı döyüşlər başlayana, çoxlu sayda qurbanlar verənə qədər göz yumur. Aydındır ki, Qərb Rusiyanın altında “ikinci cəbhə” açmaq niyyətindədir, lakin bunu birbaşa edə bilməz, çünki Bakı yüksək səviyyədə suverenliyə malikdir və bunu nə, necə və nə vaxt edəcəyinə özü qərar verir. Bundan əlavə, Rusiya-Azərbaycan münasibətləri kimi bir dəyər var ki, hər iki tərəf bunu  qurban vermək fikrində deyil, çünki ölkələrimiz arasında  mövcud münasibətlərin sıfırlanması regionun bütün xəritəsini dərhal dəyişəcək.

- Sizcə, Azərbaycan və Ermənistan arasında yekun sülh nə qədər tez əldə oluna bilər?

- Azərbaycan Prezidenti İlham Əliyev artıq bu məsələ ilə bağlı bir sıra strateji bəyanatlar verib, hərbi yolla həll edilməli olan vəzifələrin artıq həll olunduğunu, qalan bütün məsələlərin isə siyasi yolla, danışıqlar yolu ilə həll olunacağını vurğulayıb. Lakin artıq qeyd edildiyi kimi, həmin üçtərəfli sazişin bir sıra yerinə yetirilməmiş bəndləri var, ona görə də Azərbaycanın güc tətbiqi etmək istədiyini istisna etmək olmaz.

Hər şeyin, o cümlədən nəqliyyat dəhlizlərinin, sərhədlərin sülh yolu ilə həll olunması üçün hələ vaxt var, əlbəttə ki, Bakı uzun müddət gözləməyəcək. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan ordusunun potensialı artıq etibarlı şəkildə yoxlanılıb və onun reytinqi təcrübədə sübuta yetirilib.

Mən bunu dəfələrlə erməni mediasına demişəm ki, erməni tərəfi rahatlamamalıdır. Xüsusilə Rusiya Federasiyasının qeyd olunan "məşğulluğu"nu nəzərə alsaq, Azərbaycan ciddi olaraq Ermənistandan öhtəliklərini tələb edəcək  və bu hamıya aydındır ki, sonsuz danışIar aparmaq fikrində deyil.
Eyni zamanda qeyd etmək lazımdır ki, bütün regiondakı sülh, yəni Cənubi Qafqaz, eləcə də onun Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqlə bütün əlaqələri hələ də çox uzaqdır. Ona görə də Qarabağ ətrafındakı vəziyyət bu ümumi problemlərin təbii hissəsidir və yaxın gələcəkdə həlli mümkün deyil. Nə qədər ki, Avrasiyada bütövlükdə sülh yoxdur, Cənubi Qafqazda da sülh olmayacaq.

Avrasiya, bu gün postsovet məkanından Çinə qədər sabitliyin daha da pozulması ilə təhdid olunur.

- Putinin Paşinyanla son görüşü Ermənistanı Qarabağla bağlı öhdəliklərini yerinə yetirməyə məcbur edə bilərmi?

- Bu görüşlər mütəmadi olaraq keçirilir və onlar Rusiyaya Qarabağ sahəsini nəzarətdə saxlamağa imkan verdiyi üçün çox vacibdir. Amma məhz bu görüş situasiyanın irəli getməsinə imkan verməyəcək, çünki Paşinyan özü Ermənistanın daxili siyasi tələsindədir. Nə sağa, nə sola, nə o tərəfə, nə də bu tərəfə addım atmaq imkanı yoxdur. Ona görə də Paşinyan hazırda mövcud olan qeyri-müəyyənlik vəziyyəti ilə razılaşır.

Və bunun mümkün qədər uzun sürməsini istəyir. Amma ümumi beynəlxalq vəziyyət və Azərbaycanın fəallığı, Türkiyənin bizim üçün bütün əsas məsələlərdə son dərəcə maraqlı mövqeyi ilə birlikdə, çətin ki, Paşinyan bu qış yuxusunu uzun müddət davam etdirsin.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

End of content

No more pages to load

RADİO