Prezident İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: 

- Cənab nazir, sizi görməyə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Bu, bir-birimizi bir daha görmək üçün yaxşı fürsətdir. Romadakı görüşümüzlə bağlı mənim çox yaxşı xatirələrim var və həmçinin bu, gündəliyimizdə duran məsələləri müzakirə etmək üçün bir imkandır. 
Gündəlikdə duran məsələlərin sayı həqiqətən də artır. Bu, əməkdaşlığımızın çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim var.

Səfərlər, müzakirələr və sənədlər - bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir. Bildiyiniz kimi bu yaxınlarda mənim Baş nazir Mario Draqi ilə telefon söhbətim olub və biz sizin Azərbaycana səfərinizi də müzakirə etdik. 
Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır.

Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir.

Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır. 

Bütün bunlar əməkdaşlığın çox müsbət əlamətləridir, strateji və uzunmüddətli xarakter daşıyır. Buraya humanitar sahədə əməkdaşlığı da əlavə etməliyik. Bu gün çox mühüm hadisə - İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır. Yer artıq seçilib, hər şey hazırdır.
Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir.

Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir.

Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir. Bir daha xoş gəlmisiniz. Sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm. 
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib: 

-Təşəkkür edirəm, hörmətli cənab Prezident. Vaxt ayırdığınıza görə minnətdaram. Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Sizi təbrik edirəm, ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər möhtəşəmdir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə hazırkı vaxtda regionunuzda rəhbərliyiniz münasibətilə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik. 

Qonaq dövlət başçısının 2020-ci ilin fevralında İtaliyaya səfərini möhtəşəm səfər kimi dəyərləndirərək deyib: 

- Əfsuslar olsun ki, bu, pandemiyadan əvvəl İtaliyada sonuncu rəsmi səfər idi. Biz bunu xatırlayırıq. Bu, pandemiyadan əvvəl sonuncu yaxşı hadisə idi. Sizə bildirmək istərdim ki, qeyd etdiyiniz kimi, ölkələrimiz arasında mühüm əlaqələr var və iqtisadi əlaqələr çox yaxşı inkişaf edir. Düşünürəm ki, iqtisadi əlaqələr həmişə siyasi əlaqələrlə bağlı olur. İqtisadi əlaqələr artdıqca siyasi və tarixi əlaqələr də artır. Bizim birgə universitetimizin təməlinin qoyulması münasibətilə bu mühüm tədbirdə iştirak etmək imkanı əlaqələrimizin gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Siz TAP-ı qeyd etdiniz. TAP məhz bu dövrdə - sülh dövründə iqtisadi əlaqələrin yaradılmasının əhəmiyyətini nümayiş etdirir. 

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Armavirdə neft bazası yandı – VİDEO

Armavirdə neft bazası yandı – VİDEO

Bu ixtisasları seçənlər işsiz qala bilər

Bu ixtisasları seçənlər işsiz qala bilər

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

ABŞ-da təyyarənin enişi zamanı qorxulu anlar – VİDEO

ABŞ-da təyyarənin enişi zamanı qorxulu anlar – VİDEO

“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

End of content

No more pages to load

RADİO