İsrailin “Ərəb diplomatiyası” – İran regionda təklənir

Son günlərdə digər bir ərəb dövləti olan Mərakeş İsraillə uzun müddətdir ki, dondurulmuş olan diplomatik münasibətləri yenidən bərpa edib.

Mərakeş kralı VI Məhmməd 10 dekabrda İsraillə münasibətlərin ən qısa zamanda yenidən bərpa olunacağını açıqlamışdı.

Eyni tarixdə ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada İsrail və Mərakəş arasında razılığın əldə olunduğunu, İsrailin Qərbi Səhrada Mərakeşin hakimiyyətini tanıdığını və tam diplomatik münasibətlərin qurulması ilə bağlı razılığa gəldiklərini elan etmişdi.

Son aylarda İsrail bir sıra digər ərəb ölkələri Birləşmiş Ərəb Əmirlikləri, Sudan və Bəhreynlə də pozulmuş diplomatik münasibətlərin bərpası istiqamətində müvaqilələr imzalamışdı. Bu müqvilələr ABŞ-ın birbaşa təsiri və istəyi ilə həyata keçirilmişdi.

Çünki hər müqavilədən sonra zəruri açıqlama ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilmiş, tərəflər ABŞ-a barışdırıcı mövqeyi ilə bağlı təşəkkürlərini bildirmişdi.

Xatırladaq ki, əksər ərəb dövlətləri İsraillə diplomatik münasibətlərini Fələstin problemi səbəbi ilə sonlandırmışdı. Lakin hazırda Fələstin problemi tam həllini tapmayıb. Əksinə yaxın zamanda İsrail Qüdsü paytaxt elan etməklə və son günlərdə Qəzza zolağına qarşı hücumlar təşkil etməklə problemin hələ də aktiv olduğunun siqnallarını vermişdi.

Bu şərtlər daxilində İsrailin ABŞ-ın da yardımları ilə ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq siyasəti xüsusilə maraq doğurur.

Onu qeyd etmək lazımdır ki, adı çəkilən ərəb dövlətləri ilə münasibətlər İsrail üçün fövqəladə dərəcədə əhəmiyyətli məsələ deyil. Diplomatik münasibətlərin olmadığı vaxtlarda belə bunun İsrail üçün təsirləri olduqca az idi.

Yəni İsrailin ərəb dövlətləri ilə münasibətləri normallaşdırmasını qarşılıqlı fayda baxımından qiymətləndirmək o dərəcədə doğru olmazdı.

Diqqət çəkən digər məqam isə ABŞ-ın bu məsələdə olduqca istəkli olmasıdır. Hətta Tramp administrasiyasının hakimiyyətinin son günlərində İsrail-Ərəb münasibətlərinin yaxşılaşdırılması istiqamətində tələskən mövqeyi də bunu sübut edir. Həm ABŞ, həm də İsrail üçün ortaq təhdid isə İran amilidir.

İsrail və Ərəb dövlətləri arasındakı münasibətlərin yaxşılaşdırılması strategiyası irəlidə İrana qarşı atılacaq addımların xəbərçisidir. İsrail eynilə 2002-ci ildə Fələstin məsələsində olduğu kimi yenidən İslam dövlətlərinin ciddi əks reaksiyaları ilə qarşılaşmaq istəmir.

ABŞ-da indiki anda bu cür əməkdaşlıqların təminatçısı kimi çıxış edir.

Nəticədə ərəb dövlətləri İsraillə münasibətləri normallaşdırmaqla yanaşı, həm də ABŞ-la daha yaxın münasibətlər qurmaq imkanı əldə etmiş olurlar. Görünən odur ki, İsrailin diplomatik münasibətləri normallaşdırmaq istiqamətindəki səylərinin məntiqi nəticəsi İranın təklənməsi, regional maraqlarının sıradan çıxarılması və gələcək üçün nəzərdə tutulmuş hər hansı hərbi müdaxilə ehtimalı üçün zəmin hazırlanmasıdır.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

End of content

No more pages to load

RADİO