"Regiondakı bütün əlaqələrin yenidən bərpa olunması nəzərdə tutulur" - Ceyhun Bayramov

Münaqişələr, uzun sürən xarici işğal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Məmnuniyyətlə Şuraya bildirmək istərdim ki, Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı sona çatıb. Azərbaycan, 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-aşkar pozan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti bərpa edib.

"BMT-nin əsas orqanları tərəfindən qəbul edilən qərarların icrası beynəlxalq hüquq qaydalarının səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsinin əsas yoludur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

O vurğulayıb ki, Azərbaycan öz suveren ərazisində hərəkət etmiş və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb:

"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə etmişdir. Hücumların miqyası və ardıcıllığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedişatında verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığını və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut etmişdir".

"Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır".

"Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər", - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

End of content

No more pages to load

RADİO