Rusiya udur, yoxsa uduzur? – CAVABI 2021-ci İLDƏ BİLİNƏCƏK

Andrey Kortunov: “Rusiyanın Qarabağ məsələsində bundan sonrakı rolu hələ aydın deyil”

2020-ci il dekabrın 25-də Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasında (rusca: РСМД – Российский Совет по Международным Делам) ilin sonuncu “Urbi et Orbi” diskussiya tədbiri keçirilib (ona obrazlı olaraq “şəhər qəlyanaltısı” deyirlər).

Müzakirə mövzusu postsovet məkanı üçün ilin yekunları ilə bağlı olub. O cümlədən, Dağlıq Qarabağla əlaqədar proseslərin təhlili verilib, Ukrayna, Moldova, Belorus məsələləri gözdən keçirilib. Qərbin postsovet siyasətinə toxunulub.

Qısa arayış: “RSMD” 2010-cu ildə Rusiya prezidentinin xüsusi sərəncamı ilə yaradılıb. Onun missiyası xarici siyasət məsələlərində dövlət, ekspert dairələri, biznes və vətəndaş cəmiyyəti arasında əlaqlələndirici rolu oynamaqdan ibarətdir.

Rəyasət heyətində İqor İvanov (təşkilatın prezidenti, keçmiş Xarici İşlər naziri), Dmitriy Peskov (Rusiya prezidentinin köməkçisi), İqor Marqulov (Rusiya Xarici İşlər nazirinin müavini), Andrey Kortunov ( tarix elmləri namizədi, RSMD-nin baş direktoru) kimi isimlər vardır. Xarici İşlər naziri Sergey İvanov Himayədarlar Şurasının üzvüdür. 

Müzakirələr kifayət qədər geniş və uzun vaxtda aparılıb. Biz yalnız “РСМД”-nin baş direktoru, tarix elmləri namizədi Andrey Kortunovun tezisləri üzərində dayanacağıq.

Andrey Kortunova görə, postsovet məkanında 2020-ci ildə baş verən geosiyasi prosesləri “vahid məntiqi çərçivəyə salmaq çətindir”. Ancaq risklər və təhlükələr aspektində müəyyən ümumiləşdirmələr etmək və proqnozlar vermək mümkündür.

Onun sözlərinə görə, “2020-ci ildə postsovet məkanında baş verənlərə Rusiyanın çox ehtiyatlı reaksiya verdiyi” hipotezasını irəli sürmək olar. Bu reaksiyanı ekspert bütövlükdə “mötədil və konservativ kimi xarakterizə” edir.

Bununla Kreml, “Rusiya və Qərb ekspertlərinin Moskvanın böhran şəraitində necə hərəkət edəcəyi haqqında verdikləri proqnozları” alt-üst etmiş oldu. Ekspertlər Moskvanın kəskin reaksiya verəcəyini proqnozlaşdırmışdılar.

Məsələn, “Belarusda məlum proseslər başlayanda Qərb ekspertləri hesab edirdilər ki, Moskva situasiyaya kəskin müdaxilə və rəsmi Minskə inteqrasiyanı gücləndirə biləcək yeni təkliflər edəcək. Rusiyadan konkret gözləyirdilər ki, Belorusu “özündə əritsin”, orada hərbi mövcudluğunu artırsın, bir neçə hərbi baza açsın və s.”.

Sonra, Qırğızıstandakı proseslərə “Rusiya ehtiyatlı, kənar müşahidəçi və təmkinli oyunçu kimi reaksiya verdi”.

Prezident seçkisindən sonra Moldovanın “Qərbyönlü kursu gücləndirməsinə də Kreml təmkinli və ehtiyatlı yanaşdı. Gözləyirdilər ki, Rusiya ora kəskin müdaxilə edəcək”.
A. Kortunova görə, “Donbasda da Rusiya kəskin davranmadı, lakin hazırda orada hansısa ciddi irəliləyişin olacağı əlaməti görünmür”.

Nəhayət, rusiyalı ekspert Dağlıq Qarabağ məsələsi üzərində geniş dayanır. O hesab edir ki, “Dağlıq Qarabağda münaqişənin dayanmasında Rusiya həlledicvi rol oynadı, ora sülhməramlıları göndərdi. Ancaq bunu prezident Putin, çox səliqəli və diplomatik qaydada etdi. Baxın, V. Putin incə diplomatiya ilə incəliklə Türkiyənin rolunu qiymətləndirdi, yəni “faktiki olaraq bu məsələdə Türkiyənin tənqidi yoxdur”.  

Bundan başqa, “sovetlər dağılandan sonra ilk dəfədir ki, NATO Rusiyanın təsir dairəsində olan bir məkana hərbi müdaxilə edib. Başqa şəraitdə yəqin ki, Kreml buna çox kəskin reaksiya verərdi”.

Andrey Kortunov vurğulayır ki, Rusiya  peoseslərə “Şuşaya Azərbaycan ordusu nəzarəti alandan sonra müdaxilə etdi və hələlik status-kvonu fiksasiya etməklə məhdudlaşır. Rusiyanın bundan sonra bu məsələdə rolu hələ aydın deyil, Dağlıq Qarabağın statusu da qeyri-müəyyəndir”.

RSMD-nin baş direktorunun Dağlıq Qarabağ münaqişəsinin bu cür həllinin regional və postsovet məkanı miqyaslarında gesoiyasi təsiri haqqında söylədikləri də maraqlıdır. Onun fikrincə, Ermənistanla Rusiyanın münasibətləri bir qədər mürəkkəbləşib. 

Lakin Dağlıq Qarabağda baş verənlərin postsovet məkanındakı başqa münaqişələrə təsirini nəzərə almaq lazımdır. 

“Əlbəttə, təqribən 25 il davam edən danışıqlarla deyil, qismən də olsa Dağlıq Qarabağ məsələsinin hərbi yolla həllinin mümkün olması, yaxşı olmayan bir insidentdir, çünki başqa münaqişələrin də yaxın gələcəkdə “buzunu əridə bilər”.  

Burada Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllini “yaxşı olmayan insident” adlandırması rusiyalı ekspertin şəxsi mövqeyidir. Bizcə, münaqişənin ədalətli həlli üçün nə təcavüzkar dövlət, nə də həmsədr ölkələr Azərbaycan üçün başqa yol qoymadılar. Və geosiyasi analizi bu reallığı etiraf edib, aparmaq daha adekvat mövqe olardı. 

Hər bir halda, Rusiyanın MDB siyasətindəki təkamülü haqqında ekspertin çıxardığı 3 nəticə diqqəti çəkir.

Birincisi, “...hazırda SRRİ-nin dağılmasının geosiyasi aspektdə yekun mərhələsinin möhkəmlənməsi prosesi gedir”.

İkincisi, “Rusiyanın keçmiş SSRİ məkanı üçün ümumi siyasəti müşahidə edilmir. Moskva daha çox “selektiv” (seçici) kurs yeridir. Yəni konkret region üçün konkret siyasət ki, onlar bir-birindən fərqlənə bilər”.

Üçüncüsü, “Rusiya keçmiş SSRİ məkanına başqa qüvvələrin nüfuz etməsinə (Qərbdən başqa) loyal yanaşır. Məsələn, Çinin Mərkəzi Asiyaya və ya Türkiyənin Cənubi Qafqaza müdaxiləsinə təmkinli reaksiya verir”.

Bəs bütün bunları qlobal geosiyasi kontekstdə necə qiymətləndirmək olar? Rusiya udur yaxud uduzur? Başda Amerika olmaqla Qərbin aparıcı dövlətləri postsovet məkanında 2021-ci ildə hansı siyasəti yeridə bilərlər?

Bu suallara da A. Kortunov özünəməxsus cavab verir. Onların üzərində ayrıca dayanmaq lazım gəlir.

Füzuli Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

End of content

No more pages to load

RADİO