Qarabağda Türkiyə hərbçilərinin olması niyə vacibdir?

Türkiyə hərbçiləri artıq Azərbaycandadır. Rusiya və Türkiyənin qurduğu Ortaq Mərkəz yanvar ayının ilk həftəsində Ağdamda fəaliyyətə başlayır. Bölgədə atəşkəsin pozulması ilə bağlı hər hansı bir hadisə baş verəcəyi təqdirdə həm Moskva, həm Ankara, həm də Bakı və İrəvanla birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunması üçün səylər göstəriləcək.

Bölgədəki yoxlamalarla yanaşı, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.

Bizim Media-ya “Atlas” Araşdırmalar Mərkəzindən verilən açıqlamaya görə, yuxarıda qeyd edilənlər Azərbaycan üçün kifayət deyil.

Mərkəzin apardığı araşdırma onu deməyə əsas verir ki, bölgədə yerləşən türkiyəli hərbçilərin daha böyük səlahiyyətlərə malik olmasına çalışmalıyıq. Türkiyəli hərbçilərin səlahiyyətləri bölgədə yerləşən rusiyalı hərbçilərin səlahiyyətindən az olmamalıdır. 

“Bu, Ermənistan hakimiyyətinin, bölgədəki erməni separatçılarının və Rusiyanın maraqlarına cavab vermir. Ancaq bu, bizi heç də maraqlandırmamalıdır. Bizim üçün önəmli olan Dağlıq Qarabağ üzərində nəzarəti tam bərpa etmək və yerdə qalan separatizmin kökünü kəsməkdir. Rusiya “sülhməramlıları” Dağlıq Qarabağda yerləşdikdən sonra sualların sayı artıb” , - deyə mərkəzdən bildiriblər . Həmin suallardan bir neçəsi qeyd olunub:

- Rusiya hərbçilərinin erməni separatçılarının bayrağını qəbul etmələrinin anlamı nədir?

- Rusiya hərbçiləri Dağlıq Qarabağdakı silahlı erməniləri niyə tərksilah etmirlər?

- Rusiya hərbçilərinin bölgədəki sayı 1960 nəfər olduğu halda, niyə hərbçilər üçün daha böyük yerləşim yerləri inşa edirlər?

- Rusiya hərbçilərinin bölgədə apardığı tikinti işləri Azərbaycan hakimiyyəti ilə razılaşdırılırmı?

- Rusiya hərbçiləri nəzarət etdikləri Laçın dəhlizində Ermənistandan Dağlıq Qarabağa daşınan müəammalı yükləri yoxlayırlarmı?

Mərkəzin gəldiyi qənaətə görə, zaman keçdikcə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyəti ilə bağlı sualların sayı artır və bu, Azərbaycan cəmiyyətində böyük narazılıq doğurur.

Bunun qarşısının almağın yolu türkiyəli hərbçilərin bölgədə geniş statuslu fəaliyyətini təmin etməkdən ibarət olacaq: “Birincisi, Türkiyənin Müdafiə naziri Hulusi Akarın da söylədiyi kimi, Türkiyə hərbçilərinin Dağlıq Qarabağdakı sayı rusiyalı hərbçilərin sayı qədər, yəni ən azı 1960 nəfər olmalıdır.

Əgər Rusiya 10 noyabr bəyanatının əleyhinə olaraq Azərbaycanın icazəsi olmadan bölgədəki hərbçilərin sayını gizlicə artırarsa, Türkiyə də adekvat addım atmalıdır.

İkincisi, Türkiyə hərbçiləri Ağdamdan atəşkəsin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcək. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparılacaq. Bununla paralel olaraq həmin dronlar vasitəsilə Dağlıq Qarabağdakı silahlı qrupların yeri müəyyənləşdirilməli və rusiyalı hərbçilərdən onların tərksilah olunması tələb edilməlidir.

Üçüncüsü, Dağlıq Qarabağda Türkiyə hərbçilərinin Rusiya hərbçiləri ilə birgə ortaq partul xidməti fəaliyyətə başlamalıdır.

Rusiya və Türkiyənin birgə patrul xidmətiylə bağlı Suriyada təcrübəsi var. Ortaq patrul xidmətinin ən azı iki istiqamətdə fəaliyyətə başlamasının Azərbaycan üçün xüsusi əhəmiyyəti var.

Birinci istiqamət Ağdam-Xankəndi-Şuşa yolu olmalıdır. Doğrudur, Fizulidən Şuşaya alternativ yol çəkilir. Ancaq Azərbaycan vətəndaşları daha qısa olan Ağdam-Xankəndi-Şuşa yolundan da rahat istifadə etməlidir. Bunun üçün həmin yolun təhlükəsizliyi təmin olunmalıdır.

Bu baxımdan həmin yolda rusiyalı hərbçilərin yanında türkiyəli hərbçilərin dayanması Azərbaycan vətəndaşlarının təhlükəsizliyini gücləndirəcək.

İkinci istiqamət Laçın dəhlizində ortaq patrul xidməti olmalıdır. Dəhliz tam olaraq rusiyalı hərbçilərin nəzarətində olmamalıdır. Çünki, gələn xəbərlərə görə, həmin dəhlizdən Dağlıq Qarabağa müəmmalı yüklər daşınır.

Dördüncüsü, Dağlıq Qarabağın erməni əhalisi anlamalıdır ki, onlar Azərbaycan qanunları ilə yaşamaq istəməsələr və pasportlarımızı qəbul etməsələr, qarşılarında Azərbaycan hərbçiləri ilə yanaşı türkiyəli hərbçiləri də görəcəklər.

Türkiyə hərbçilərinin bölgədə varlığı separatizmi davam etdirmək istəyənlərə və onlara havadarlıq edənlərə qarşı vacib psixoloji təzyiq vasitəsi olacaq”.

Ağanisə Sultan, Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

End of content

No more pages to load

RADİO