İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTO

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.

Bizim.Media xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı.

O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.
 

Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.


Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu.

Bu xüsusda siyasi, iqtisadi-ticar, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Fərhad Xəlilovla bağlı SƏRƏNCAM

Prezidentdən Fərhad Xəlilovla bağlı SƏRƏNCAM

Türkiyədə mədəndə partlayış: Ölənlər var – VİDEO

Türkiyədə mədəndə partlayış: Ölənlər var – VİDEO

Bir fincan qəhvə ilə özümüzü varlı hiss edirik - Ev ala bilməyənlər görün nə edir?

Bir fincan qəhvə ilə özümüzü varlı hiss edirik - Ev ala bilməyənlər görün nə edir?

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

Metronun yeni stansiyası bu tarixdə AÇIQLACAQ – RƏSMİ

Metronun yeni stansiyası bu tarixdə AÇIQLACAQ – RƏSMİ

İstifadədən çıxarılan mobil nömrələrin yenidən satışı ilə bağlı XƏBƏRDARLIQ

İstifadədən çıxarılan mobil nömrələrin yenidən satışı ilə bağlı XƏBƏRDARLIQ

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

İbad Hüseynov Gürcüstanda SAXLANILDI

İbad Hüseynov Gürcüstanda SAXLANILDI

Yardımlının yeni icra başçısı kollektivə təqdim edildi – FOTO

Yardımlının yeni icra başçısı kollektivə təqdim edildi – FOTO

Cəzaları azaldıldı - 1 həftəyə azadlığa çıxırlar

Cəzaları azaldıldı - 1 həftəyə azadlığa çıxırlar

Yenidənqurma çərçivəsində “Həzi Aslanov”da hansı işlər görülüb? – RƏSMİ AÇIQLAMA

Yenidənqurma çərçivəsində “Həzi Aslanov”da hansı işlər görülüb? – RƏSMİ AÇIQLAMA

Yenidən qurulan “Həzi Aslanov” stansiyasından FOTOREPORTAJ

Yenidən qurulan “Həzi Aslanov” stansiyasından FOTOREPORTAJ

Hafiz İsmayılbəyli yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hafiz İsmayılbəyli yüksək vəzifəyə TƏYİN EDİLDİ

26 milyard manatlıq bərpa və iqtisadi sıçrayış – Böyük Qayıdış rəqəmlərin DİLİ İLƏ...

26 milyard manatlıq bərpa və iqtisadi sıçrayış – Böyük Qayıdış rəqəmlərin DİLİ İLƏ...

Nazirdən maaş və sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Nazirdən maaş və sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB/FOTO

Azərbaycan və Hindistan XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB/FOTO

Deputatdan Ermənistana XƏBƏRDARLIQ – “Sülh müqaviləsinin imzalanması uzanarsa...”

Deputatdan Ermənistana XƏBƏRDARLIQ – “Sülh müqaviləsinin imzalanması uzanarsa...”

Fazil Mustafa: “850 şagirdlik məktəbdə 2551 uşaq təhsil alır”

Fazil Mustafa: “850 şagirdlik məktəbdə 2551 uşaq təhsil alır”

Məşhur yapon yazıçısı Murakami vəfat etdi

Məşhur yapon yazıçısı Murakami vəfat etdi

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Van Qoqun "Ulduzlu Gecə" rəsminin 137 illik sirr açıldı

Van Qoqun "Ulduzlu Gecə" rəsminin 137 illik sirr açıldı

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTO

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTO

End of content

No more pages to load

RADİO