“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.
Bizim.Media xəbər verir ki, “Həzi Aslanov” stansiyasında görülmüş işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub.
Mediaturda bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ ilə həyata keçirilib.
Əvvəlcə təmir-bərpa işləri tamamlanıb, sonra yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama edilib, həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb.
Orta yolların arakəsmə divarları isə tam yenidən inşa edilib.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasında dalan və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planından irəli gələn işlər əsasında həyata keçirilir.





Fəridə, Bizim.Media