"Qeyri-neft-qaz sektorunda 100 manat gəlir üçün 1,16 manat xərcləyirik"

Vergi orqanları qeyri-neft-qz sektorunda dövlət büdcəsinə 100 manat gəlir təmin etmək üçün 1,16 manat xərcləyir.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.

"Bu, azdır, yoxsa çoxdur? Biz müqayisəli göstəricilərə (benchmark) baxırıq. Hələlik daxili rahatlığımız var ki, bu xərc çox deyil. Amma hədəfimiz ondan ibarətdir ki, bu xərc artmasın, dövlət orqanı daha effektiv işləsin və büdcə gəlirlərinin təmin edilməsinə nail olsun. Texnologiyaların tətbiqi olmadan bu mümkündürmü? Mümkün deyil.

Proqram təminatı, eləcə də yeni texnoloji həllər, xüsusilə süni intellektin tətbiqi və qeyri-maddi aktivlərin yaradılması artıq daha əlçatandır. Burada, xüsusilə vergi orqanı kimi həssas məlumatlarla və kommersiya sirri ilə işləyən dövlət qurumlarında süni intellektin tətbiqi zamanı təhlükəsizlik və məlumatların qapalı məkanda emalı xüsusi əhəmiyyət daşıyır.

Bu isə böyük hesablama gücünə malik server avadanlıqları tələb edir. Düşünürəm ki, bank sektorunda da vəziyyət analojidir. Biz burada açıq mənbələrə və ya açıq platformalara çoxsaylı, böyük həcmli məlumatlar göndərərək onların təhlilini əldə edə bilmirik. Ona görə də həssas məlumatlar mümkün qədər qapalı mühitdə emal olunmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, vergi rəsmisi deyib ki, dövlət orqanlarında qərarların çevik qəbuluna maliyyələşmə mane olur: Biznesdən fərqli olaraq, dövlət orqanlarında qərarların çevik qəbuluna mane olan bəzi məsələlər var. Bunlardan biri də maliyyələşmə ilə bağlıdır.

Yəni istənilən vaxt dərhal maliyyələşməni təmin etmək mümkün olmur. Məsələn, texnologiyalar gözləmir ki, büdcə ili başa çatsın, növbəti büdcə ilində həmin büdcə təşkilatının büdcəsi nəzərdə tutulsun və yalnız bundan sonra yeniliklərin tətbiqinə başlanılsın.

Biznes nümayəndələri də yəqin bilirlər ki, vergi orqanları üçün rəqəmsallaşma, elektron xidmətlərin tətbiqi, bu sahədə infrastrukturun tamlığı, eləcə də əməkdaşların hazırlıq səviyyəsi, qeyri-maddi aktivlərin mövcudluğu və yenilənməsi daim diqqətdə saxlanılır və büdcələmə prosesində əhəmiyyətli yer tutur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtda qış hazırlıqları - Eldar Əzizov hansı tapşırıqları verdi?

Paytaxtda qış hazırlıqları - Eldar Əzizov hansı tapşırıqları verdi?

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Zəngilanda 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edildi – FOTO

Zəngilanda 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edildi – FOTO

Mourinyo El-Klasikodan sonra istefaya göndəriləcək?

Mourinyo El-Klasikodan sonra istefaya göndəriləcək?

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edildi

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edildi

Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?

Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?

Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin HEYƏTİ

Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin HEYƏTİ

Almaniyada çalışan azərbaycanlı həkimlər ölkəmizə qayıtmaq istəyirlər – VİDEO

Almaniyada çalışan azərbaycanlı həkimlər ölkəmizə qayıtmaq istəyirlər – VİDEO

Hava kəskin dəyişir: Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olundu

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olundu

Zelenski: “ABŞ Putini dayandırmağı çox istəyir, amma bacarmır”

Zelenski: “ABŞ Putini dayandırmağı çox istəyir, amma bacarmır”

Yeni prokuror tanınmış hakimin oğludur

Yeni prokuror tanınmış hakimin oğludur

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

Sahibinin aldığı ərzaqları it daşıyır – Maraqlı görüntülər

Sahibinin aldığı ərzaqları it daşıyır – Maraqlı görüntülər

Sahibə Qafarova Qırğızıstan Prezidentinin QƏBULUNDA - FOTO

Sahibə Qafarova Qırğızıstan Prezidentinin QƏBULUNDA - FOTO

Ceyranbatanda ana və övladını maşın vurdu

Ceyranbatanda ana və övladını maşın vurdu

Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

Güləbird kəndində genişmiqyaslı tikinti: Yeni evlər və yollar salınacaq

117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)

117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)

Altı il öncə bu gün – 20 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 20 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

"Borussiya Dortmund"un Bakı səfəri öncəsi BAQAJ BÖHRANI

"Borussiya Dortmund"un Bakı səfəri öncəsi BAQAJ BÖHRANI

Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"

Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"

Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək

Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək

"Qeyri-neft-qaz sektorunda 100 manat gəlir üçün 1,16 manat xərcləyirik"

"Qeyri-neft-qaz sektorunda 100 manat gəlir üçün 1,16 manat xərcləyirik"

Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı SAXLANILDI

Azərbaycan-Rusiya sərhədini pozmaq istəyən Pakistan vətəndaşı SAXLANILDI

End of content

No more pages to load

RADİO