“Biz geosiyasi və iqtisadi transformasiyalar dövründə yaşayırıq. Strateji rəqabət, münaqişələr, iqtisadi parçalanmalar və transmilli cinayətkarlıq qarşıda duran çox ciddi sınaqlardır. Bakı Bəyannaməsində də vurğulandığı kimi, BMT Nizamnaməsinə sadiqlik, beynəlxalq hüquqa hörmət və münaqişələrin sülh yolu ilə həlli yalnız bir arzu və ya istək deyil, bölgəmizin və ümumiyyətlə dünyanın sabitliyi üçün ən önəmli şartlərdən biridir”.
Bizim.Media xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
“Sülhü qiymətləndirmək və sülhə dialoq və beynəlxalq hüquq çərçivəsində nail olmaq lazımdır. Sərhədlər və suverenlik güc yolu ilə dəyişdirilməməlidir”, - deyə Kambocanın Baş naziri qeyd edib.
Bizim.Media