"Güller ve Günahlar" serialında Zeynep obrazını canlandıran məşhur aktrisa Cemre Baysel ilə "Beşiktaş"ın futbolçusu Emirhan Topçunun sevgili olduqları iddia edilir.
Bizim.Media xəbər verir ki, X sosial şəbəkəsində yayılan şayiələrdən sonra Emirhan Topçunun anasının Cemre Bayseli sosial mediada izləməyə (follow) alması diqqətdən yayınmayıb.
Bu addım fanat tərəfindən münasibətin sübutu kimi qiymətləndirilsə də, hələlik rəsmi təsdiq sayılmır.
Hər iki tərəf (Cemre Baysel və Emirhan Topçu) iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.


Bizim.Media