Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İclasa Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova sədrlik edib.

Gündəliyin qəbul edilməsindən sonra iclasda giriş sözü ilə çıxış edən S.Qafarova bildirib ki, PAİ Assambleyaları ilə paralel keçirilən əlaqələndirmə iclasları kollektiv fəaliyyət və bu platformadan maksimum istifadə etmək baxımından mühümdür. Onun sözlərinə görə, bu iclaslar üzv parlamentlər arasında konstruktiv dialoq üçün imkan yaradır ki, bu da üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı daha da möhkəmləndirir.
 

Diqqətə çatdırılıb ki, QHPŞ-nin 5-ci konfransı bu ilin aprelində Türkiyənin İstanbul şəhərində, 152-ci PAİ Assambleyası ilə paralel olaraq keçirilib. İndiyədək keçirilən beş konfransın QHPŞ-yə güclü və davamlı marağın təsdiqi olduğu, üzv parlamentarilərin Şəbəkənin işində fəal iştirakının sülh, ədalət və dayanıqlı inkişaf işinə töhfə vermək üçün parlamentlərarası əməkdaşlığın potensialına olan möhkəm inamı nümayiş etdirdiyi bildirilib.


Bu baxımdan, QHPŞ-nin bu ümumi məqsədlərə nail olmaq üçün parlament əməkdaşlığının və həmrəyliyinin gücləndirilməsinə dair ümumi baxışı və kollektiv sadiqliyi əks etdirdiyi qeyd olunub.

S. Qafarova deyib ki, Parlament Şəbəkəsi öz əhatə dairəsini genişləndirməyə və beynəlxalq rolunu gücləndirməyə davam edir. O, sədr kimi xarici səfərləri, ikitərəfli görüşləri və beynəlxalq konfranslardakı iştirakı zamanı bu təşkilatın rolunu və işini təşviq etməyi prioritet hesab etdiyini vurğulayıb və bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib.

İnstitusional dialoqun inkişaf etdirilməsinin və digər təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin Parlament Şəbəkəsinin əsas prioritetləri olaraq qaldığını deyən S. Qafarova qeyd edib ki, bu gün QHPŞ 6 təşkilatda müşahidəçi statusuna malikdir, 8 təşkilata isə Şəbəkədə müşahidəçi statusu verilib.

Həmçinin tərəfdaş təşkilatlarla Anlaşma Memorandumlarının bağlanması təşkilatın beynəlxalq əməkdaşlıqda iştirakını genişləndirir və indiyədək Parlament Şəbəkəsi 10 belə Memorandum bağlayıb ki, bu da onun institusional tərəfdaşlıqlarını və beynəlxalq əhatəsini daha da gücləndirir.
 

Bu nəticələri bir sədrliyin və ya hər hansı bir parlamentin nailiyyətləri kimi deyil, kollektiv səylərin nəticəsi kimi qeyd etdiyini deyən spiker Sahibə Qafarova bildirib ki, bütün bunlar üzv parlamentlərin ideyaları bölüşən, həll yolları axtaran və qarşılıqlı hörmət və həmrəylik ruhunda birlikdə çalışan dəyərli töhfələri sayəsində mümkün olub.


S. Qafarova bildirib ki, Şəbəkənin 2021-ci ilin noyabrında Madriddə təsis edilməsindən bəri 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə müvafiq olaraq Bakıda, Manamada, Cenevrədə, Daşkənddə və İstanbulda 5 konfrans keçirilib. O, ötən konfranslarda qəbul olunmuş qərarların əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib və bildirib ki, hər bir konfrans Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Sonra iclasda gündəliyə uyğun olaraq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusionallaşma prosesi barədə müzakirələr aparılıb.

Müzakirələr zamanı Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Venesuela Milli Assambleyasının sədr müavini Qresiya Kolmenares, Mərakeş Müşavirlər Şurasının sədr müavini Lahsen Haddad, Belarus Milli Assambleyası Respublika Şurasının komitə sədri Sergey Aleinik, Pakistan Milli Assambleyası Daimi Komitəsinin sədri Syed Hafeezuddin, Misir Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Sameh Şukri, Tanzaniya parlamenti komitə sədri Dama Ndumbaro və digər iştirakçılar çıxış edərək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO