YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının  keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi xarakterizə edilir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Qurultayda dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi,  ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Xatırladaq ki, VII Qurultay 44 günlük müharibədə qazanılan şanlı zəfərdən bir neçə ay sonra keçirilmişdi. O zaman ərazilərimiz işğaldan azad olunmuşdu, bu dəfə isə, yəni VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilib. 

Ümumiyyətlə, ötən dövr ərzində Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev 2005-ci il martın 26-da keçirilən III Qurultayda Sədr seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsi başlandı.
 

Xüsusilə, həyata keçirilən islahatlar partiyanın cəmiyyətimizdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bütövlükdə, 34 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib.



Paralel olaraq ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin bərpası bu baxımdan xüsusi qeyd edilməlidir. O cümlədən, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər böyük önəm daşıyır.

Prezident İlham Əliyevin Sədrliyi dövründə YAP-ın keçirilən qurultayları yeniliklərlə müşayiət olunurdu. Nəzərə alaq ki,  2021-ci ilin martında keçirilən VII Qurultayı isə islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malik oldu.

VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Həmin qurultayda partiya sistemində struktur dəyişikləri ilə bağlı qərarlar verildi, yeni Nizamnamə qəbul olundu. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub.

Əlbəttə, partiyada birinci müavin postunun təsis edilməsi və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amil idi. 

 Eləcə də, yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub. Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramının təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb.  Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. 

Onu da qeyd edək ki, həyata keçirilən islahatlar nəticəsində YAP ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində parlaq qələbələr qazanıb.

Eləcə də, islahatlar YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını da şərtləndirib. Ötən dövrdə partiyanın beynəlxalq əlaqələri də genişlənib.

Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar partiyamızda kəmiyyət və keyfiyyət baxımından mühüm nəticələri özündə ehtiva edir. Təsadüfi deyil ki, bu gün YAP üzvlərinin sayı 800 min nəfərə yaxındır. İlham Əliyevin VIII Qurultayda dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.

Bütün bunların fonunda əminliklə söyləmək olar ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin önündə addımlayacaq!

Nardar BAYRAMLI

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO