20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Son günlər Türkiyədə Azərbaycan əleyhinə yayılan bəzi materiallar təəssüfdən daha çox təəccüb doğurur. Çünki başlanan anti-Azərbaycan kampaniyasının coğrafiyası kifayət qədər genişdir.

Əvvəllər də Türkiyədə Azərbaycana qarşı çıxışlar olub. Lakin həmin çıxışlar təxribat xarakterli və əsassız olduğ üçün gündəmi zəbt edə bilməyib. Amma bu dəfə mənzərə tam fərqlidir. Artıq 10 gündür ki, Türkiyənin rəsmi, qeyri-rəsmi dairələrində, sosial platformalarda və mediada ölkəmizə qarşı çirkin kampaniya aparılır.

Kampaniya niyə başladı?

Məlum olduğu kimi İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin Baş Assambleyasının  81-ci sessiyasında çıxış edərkən bir çox ölkələrin nümayəndələri zalı tərk edib. Azərbaycanın nümayəndə heyətindən bir təmsilçi isə zalda qalanlar arasında yer alıb. Bu da Türkiyənin bəzi dairələrinin xoşuna gəlməyib. Və bunu əsas tutaraq çirkin kampaniya başlanıb.

Zalı tərk etmək nəyi dəyişdi?

O gün bir sıra ölkələr kimi Türkiyə nümayəndələri də BMT-nin iclas zalını tərk etdi. Bununla da guya Netanyahu boykot edildi, ifşa olundu.

Əvvəla onu deyək ki, rəqibini və yaxud düşmənini dinləməmək siyasi zəiflik əlamətidir. Qalib gəlmək istəyən tərəf ilk növbədə düşmənini diqqətlə dinləməli, onu öyrənməli və sağlam və qətiyyətli mübarizə yolu seçməlidir. Lakin qarşı tərəfi dinləmədən və ona yerindəcə layiqli cavab vermək əvəzinə zalı tərk etmək siyasi şoudan başqa bir şey deyil. Belə mübarizə tədbirinin heç zaman uğurlu sonu olmur.

Digər tərəfdən bəzi ölkənin nümayəndələri zalı tərk etməsinə rəğmən İsrailin baş naziri öz çıxışını etdi və bütün dünya onu eşitdi. Və beləcə son sözü deyən İsrail tərəfi oldu. Son sözü deyənsə hər zaman qalib tərəf hesab edilir.

Türkiyədə “günah keçisi” axtarışı

Bəzi ölkələr kimi Türkiyə nümayəndə heyəti siyasi mübarizədə İsrailə uduzduğunu gizlətmək üçün günahkar axtarışına çıxdı. Bu axtarışda isə gözə ilk dəyən Azərbaycan oldu.

Bu da səbəbsiz deyil. Çünki Azərbaycan hökuməti də, Azərbaycan xalqı da Türkiyəyə qarşı hər zaman həssaslıq göstərib. Zaman-zaman ölkəmizə qarşı atılan səhv addımlara görə Türkiyəyə qarşı hər hansı bir formada ciddi və davamlı şəkildə irad bildirilməyib. “Qardaş qardaşı bıçaqlar, sonra da dönüb qucaqlar” deyib keçmişik. Halbuki müstəqillik dövründə Türkiyənin bəzi siyasi dairələri, ictimai xadimləri, elm və mədəniyyət adamları ölkəmizə qarşı çox haqsızlıqlar ediblər.

Ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət çevrilişinin arxasında dayananlar da Türkiyənin siyasi dairələri olub. Azərbaycanın futbol meydançasının yarıtmaz və oyun üçün təhlükəli olması barədə UEFA-ya şikayət edən də Türkiyə olub.

Azərbaycan ərazilərini Ermənistan ərazisi, Azərbaycan musiqisini erməni musiqisi, Azərbaycan mətbəxini erməni mətbəxi kimi təqdim edən də bəzi türkiyəli qardaşlarımız olub.

Bir erməniyə görə bütün Türkiyə küçələrə tökülüb “həpimiz Qrant Dinkiz, həpimiz erməniyiz” deyəndə də Azərbaycan xalqı hər dəfəsində “bir səhvdir, oldu” deyib üstündən keçib.

Bu gün dünyanın əksər parlamentləri Xocalı faciəsini soyqırım hadisəsi kimi tanısa da Türkiyənin Böyük Millət Məclisi bu məsələni heç gündəliyə gətirməyib.

Azərbaycan bütün zamanlarda Türkiyənin dostunu dost, düşmənin düşmən bilib. Bu günədək Azərbaycan Yunanıstanla doğru-dürüst münasibət qurmayıb. Lakin Türkiyə Azərbaycanın ərazilərində dövlət quran, üstəlik Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanla ancaq quru sərhədlərini bağlayıb. Amma mədəni-iqtisadi əlaqələr davam etdirilib. 2008-ci ildə Türkiyənin o zamankı prezidenti İrəvana səfər edib, əylənəndə Azərbaycan xalqı görməməzlikdən gəldi, susdu.

Bir sözlə, Azərbaycan hər zaman Türkiyənin səhvlərini və yanlışlıqlarını görməzlikdən gəlib. 7-dən 77-dək hər bir azərbaycanlı düşünüb ki, “qardaşımızın ayıbını desək, düşmən sevinər”

Amma bu gün Türkiyədə bəzi dairələr xırda bir olayı bayraq edərək Azərbaycanın üzərinə gəlir.

“Bir millət, iki dövlət” olduğumuz niyə unudulur?

Azərbaycan tolerant ölkə olmaqla yanaşı, sülhsevər diyardır. Bu gün iki əsrdən çox davam edən erməni düşmənçiliyini belə biz özümüzə problem bilmirik. Çünki dost yox, düşmən axtarışı böyük olmaq istəyənlərin əl-ayağını bağlayır.

Azərbaycan da böyük olmaq istəyir. Ona görə də keçmişə ilişib qalmır. İrəliyə baxırıq. Bu gün Azərbaycan üçün düşmən dövləti yoxdur. Amma qardaş və dost ölkələr var. Bu qardaş ölkələrin ilk sırasında isə Türkiyə dayanır. Bunun sübutu üçünsə N qədər tutarlı fakt gətirmək olar.

Bu gün Azərbaycan Ermənistanla olduğu kimi digər ölkələrlə düşmənçilik aparmaq istəmir. O cümlədən də İsraillə. Unutmayaq ki, 44 günlük müharibədə uğurun  əldə olunmasında İsrail hərbi sənayesinin böyük rolu olub. Bütün bunlardan sonra İsraili niyə düşmən gözündə görməliyik ki?

Amma nədənsə Türkiyənin bəzi dairələri düşmən ovuna çıxıb. Bəzi ölkələri özləri üçün düşmən seçiblər. Həmin “düşmən ölkələrə” salam verən dövlətləri də Türkiyənin düşməni hesab edirlər.

Diqqəti əsas problemlərdən yayındırmaq cəhdi

İlk baxışdan Türkiyədə başlanan anti-Azərbaycan kampaniyasını bəzi dairələrin oyunu kimi görünə bilər. Amma məsələyə daha diqqətlə yanaşanda aydın olur ki, bu çirkin kampaniyanın arxasında Türkiyə iqtidarının təmsilçiləri dayanır. Səbəbsə çox sadədir.

Türkiyə iqtisadiyyatı günbəgün geriləyir. İnfilyasiya iki rəqəmlə ifadə olunur. Lirə ucuzlaşmaqla hər gün yeni bir antirekord qırır. Bununla paralel hakim AKP-nin nüfuzu günbəgün zəifləyir.

Artan narazılığı cilovlamaq və diqqəti daha uyğun istiqamətə yönəltmək üçün Türkiyənin rəsmi dairələri yeni-yeni oyunlar qurur. Bu oyunlar arasında dini təəssübkeşlik daha çox önə çıxır.

Guya ki, Qüdsdəki, Fələstindəki vəziyyət Türkiyənin bəzi dairələr üçün daha həyati əhəmiyyət kəsb edir. Guya ki, bəzi dairələr mövcud çətinliklərdən təkcə Türkiyəni yox, bütün müsəlman aləmini çıxartmaq istəyirlər. Bununla da ictimai rəydə fərdi qayğıları bir kənara qoyub dini qardaşlığı və dini təəssübkeşliyi irəli sürürlər. Bu yolda isə Türk birliyi, dil qardaşlığı ayaqlar altına atılır. Təbii ki, bu prosesdə qeyri-türk dairələri də xüsusi fəallıq göstərir.

Fond işi – qanunsuz gəlir sxemi necə ifşa oldu?

Digər tərəfdən, son günlərdə Türkiyədə gündəmi silkələyən digər məsələ isə “fon işi”dir. Söhbət artıq adi maliyyə araşdırmasından yox, miqyası milyardlarla lirə ilə ölçülən böyük maliyyə böhranından gedir. Sentyabrın ortalarından başlayan araşdırma çərçivəsində 131 investisiya fondunun ləğvi qərara alınıb və bu fondlarda 455 min 758 investorun payı olduğu açıqlanıb.

Fondların ümumi həcmi isə təxminən 20 milyard dollar qiymətləndirilir.

İşin hüquqi tərəfi də sürətlə böyüyür. Oktyabrın 2-nə olan məlumata görə, istintaq üzrə 65 nəfər həbs edilib. Bundan başqa, 46 şirkət, 18 fond və 42 fiziki şəxsin əmlakı ilə bağlı tədbirlər görülüb. Araşdırmada təxminən 1,8 milyard lirə dəyərində iki xüsusi təyyarə və bir yaxta, 1,2 milyard lirə dəyərində beş villa, eləcə də dörd lüks avtomobil üzrə müsadirə tədbirləri həyata keçirilib. Təxminən 2 milyard lirəlik pul transferinin də qarşısının alındığı bildirilir.

Milyardlıq maxinasiyadakı AKP-li kadrlar

Fatma Betül Sayan Kaya – AKP sədr müavini və keçmiş Ailə və Sosial Xidmətlər naziri. Səhmlərin böyük məbləğdə alınıb-satılması ilə bağlı iddialardan sonra 27 sentyabrda AKP sədr müavini vəzifəsindən istefa verib. Onun apreldə təxminən 63,4 milyon lirəlik səhm aldığı, sentyabrda isə həmin səhmləri təxminən 1,3 milyard lirəyə satdığı üzə çıxıb.

Ertan Aydın – AKP-nin keçmiş deputatı və partiyanın əvvəlki seçki kampaniyalarını aparmış siyasi kommunikasiya mütəxəssisi. Onun barəsində istintaq çərçivəsində xaricə çıxış qadağası tətbiq edildiyi bildirilir.

Bundan başqa, AKP sədrinin müavini Nihat Zeybekci, AKP Siyasi və Hüquqi İşlər üzrə sədr müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı, o cümlədən AKP-nin Ankaradan seçilmiş deputatı Asuman Erdoğanın da adı hallanır.

Beləliklə, Türkiyənin qarşısında təkcə fond bazarındakı böhran yox, yüz minlərlə investorun taleyi və milyardlarla lirəlik maliyyə dövriyyəsinin araşdırılması kimi ciddi problem dayanır. Məhz belə bir mürəkkəb iqtisadi və sosial fonda ictimai diqqətin başqa istiqamətlərə yönəldilməsi, xarici “düşmən” obrazlarının önə çıxarılması ayrıca siyasi müstəvidə də müzakirə olunur.

Bu isə artıq siyasi texnologiyadır.

Nəzərə alaq ki, hakim AKP üçün bu ilk oyun deyil. AKP hakimiyyətə gəldiyi ilk illərdə ölkədə heç bir iqtisadi uğura imza ata bilmədi. Heç ölkədə siyasi sabitliyi və asayişi belə qoruya bilmədi. O zaman futbol hökumətin köməyinə çatdı.

Yadınızdadırsa, 2002-ci ildə Türkiyə yığması Dünya Çempionatında uğurla çıxış etdi və dünya üçüncüsü oldu. Düz 2 il iqtidar xalqın qarnını futboldakı uğurla doyurdu.

Bu gün mənzərə bir qədər fərqli olsa da, hədəf eynidir: Xalqın diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındırmaq...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO