2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir

Bu il Dövlət Turizm Agentliyinin əsas fokuslandığı məsələlərdən biri Qarabağın turizm potensialıdır.

Bizim.Media xəbər verir ki, bunu Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir:

“İşğaldan azad edilmiş ərazilərlə bağlı dəyərləndirmə, konsepsiyaların, strategiyaların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstəririk. “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində artıq bir neçə marşrutu təqdim etmişik. Xarici vətəndaşların səfərləri barədə də düşünürük ki, onun da bir sistemini quraq.

Ümumən gözləyirik ki, 2025-ci ilə qədər Qarabağa daxili və xarici turistlər daxil olmaqla sırf turist kimi bir milyona yaxın insan səfər edəcək".
K.Quluzadə Qarabağda turizm infrastrukturunun yaradılması planlarından da danışıb:

“Azad edilmiş ərazilərdə turizm infrastrukturu barədə müəyyən planlarımız var. Məsələn, Suqovuşan, Hadrut, Şahbulaqla bağlı planlar var. Müxtəlif regionlarla bağlı ayrı-ayrı layihələr, vahid marşrutlar və tematik klasterlər üzərində işləyirik. Bu işlər üçün xarici mütəxəssisləri cəlb etmişik. Eyni zamanda ictimai birliklərlə bu sahədə məsləhətləşmələr aparırıq. İşğaldan azad edilmiş ərazilərə səfərlərimiz olur. Bu səfərlərin daha intensiv olmasına çalışacağıq”.

Qarabağın və Şərqi Zəngəzurun tanıtımı ilə məşğul olduqlarını söyləyən K.Quluzadə bildirib ki, ötən ilin may ayından Şuşanın, Zəngəzurun potensialını sərgiləməyə başlamışıq:

“Görürük ki, maraq böyükdür və bu, Azərbaycan turizmi üçün daha bir imkan yaradacaq. Yəni biz rəqabət şəraitində dünya bazarına yeni bir üstünlüklə qayıdırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

Çempionlar Liqasında daha bir yarımfinal: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək

İranı o idarə edir, Xamenei isə… – KİV

İranı o idarə edir, Xamenei isə… – KİV

Yağışa görə bu yolda sürət həddi endirildi

Yağışa görə bu yolda sürət həddi endirildi

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Tramp Britaniya Kralı ilə qohum imiş...

Tramp Britaniya Kralı ilə qohum imiş...

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Trampa "qızıl heykəl" qoyuldu

Trampa "qızıl heykəl" qoyuldu

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

End of content

No more pages to load

RADİO