Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, görüş Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə baş tutub.
Görüşdə Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bizim.Media