Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Heydər Əliyev meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin memorial kompleksini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Bizim.Media