Naxçıvanda memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi.

Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur.

Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb.

Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb.
 

Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.


Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub.

Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO

Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO

Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Lənkəranın 6 kəndində qaz olmayacaq

Lənkəranın 6 kəndində qaz olmayacaq

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - FOTO/VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - FOTO/VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO