Son günlər müşahidə edilən intensiv yağışlar Quba-Xınalıq avtomobil yolunda yenidən problem yaradıb.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, yolun Qrız Dəhnə kəndindən keçən hissəsində – 30-cu kilometrliyində torpaq-palçıq sürüşməsi qeydə alınıb.
Hadisə səbəbindən hər iki istiqamətdə hərəkət müvəqqəti olaraq dayandırılıb. Yolun təmizlənməsi və nəqliyyatın hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunublar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu