İlham Əliyev Naxçıvanda dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldu - FOTO-VİDEO

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
 

Bildirildi ki, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.


Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.

Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.

Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.

“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.

Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.

Dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda görülən yenidənqurma işləri barədə də məlumat verildi.

Qeyd edildi ki, Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.
 

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.


Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır.

Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur.

Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.
 

































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO

Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO

Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Lənkəranın 6 kəndində qaz olmayacaq

Lənkəranın 6 kəndində qaz olmayacaq

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - FOTO/VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - FOTO/VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO