Fransanın Azərbaycandakı səfiri Ann Buayon ANAMA sədri Vüqar Süleymanovla görüşüb.
Səfir bu barədə tviterdə yazıb.
O bildirib ki, tərəflər əməkdaşlığın növbəti addımlarını müzakirə ediblər.
Səfir xatırladıb ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın dünən Azərbaycana səfəri zamanı ərazilərin minalardan təmizlənməsinə dəstək ifadə olunub.