Cənubi Qafqaza sülh gətirən lider – İlham Əliyev FENOMENİ

Cənubi Qafqaz onilliklər boyu münaqişələrin, qarşıdurmaların və geosiyasi rəqabətin ən mürəkkəb formada cərəyan etdiyi məkanlardan biri olub. Azərbaycan və Ermənistan arasında üç onillikdən artıq davam edən münaqişə regionun inkişafını əngəlləyən əsas amillərdən idi. Bu mənzərəni Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət regionun təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirdi. Bu prosesdə Prezident İlham Əliyevin siyasi iradəsi və diplomatik strategiyası həlledici amil oldu.

İlham Əliyev qlobal güclərin regiona müdaxiləsini necə neytrallaşdırdı?

Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasının əsas səbəbi qlobal güclərin məsələyə subyektiv maraqlar prizmasından yanaşması idi. Kağız üzrəində ATƏT Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllinə çalışırdı.
 

Lakin həm ABŞ, həm Fransa, həm də Rusiyanının Cənubi Qafqazda öz maraqları var idi. Və bu maraqlar səbəbindən, onlar heç kimə, ən əsası da Azərbaycana güzəştə getmək istəmirdilər. Ona görə də Minsk qrupu formal fəaliyyət göstərirdi və münaqişənin ömrü ilbəil uzanırdı.


Nəhayət 2020-ci ilin 27 sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev xalqa və orduya arxalanaraq BMT-nin, ATƏT-in və eləcə də qlobal güclərin həll edə bilmədiyi münaqişəni həll etmək qərarı verdi. Cəmi 44 gün ərzində problem öz həllini tapdı - Azərbaycan ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi.

Lakin Rusiya və Qərb problemin birdəfəlik həllini istəmədikləri üçün sülh sazişinin imzalanmasına əngəl törətdilər. Nəticədə iki ölkə arasında davamlı sülhün əldə olunması ən azı 5 il ləngidi.

Amma Prezident İlham Əliyev bu təzyiqlərin müqabilində təkcə Azərbaycanın yox, region ölkələrin təhlükəsizliyi və rifahı üçün yeni layihə irəli sürdü.

2020-ci ilin 8 dekabrında “3+3” platforması ideyası ön plana çıxdı...

Bununla da İlham Əliyev bütün dünyaya göstərdi ki, Azərbaycanın heç bir qonşu dövlətə qarşı qərəzi və ərazi iddiası yoxdur. Bizim yeganə istəyimiz mehriban qonşuluqdur.

Olduqca cəlbedici və səmərəli olan “3+3” platforması anındaca bəzi qonşu ölkələrin diqqətini çəkdi. Amma bu layihənin reallaşmasına bəzi qlobal güclər əngəl oldu. Həmin güclər bunun üçün bəzi region ölkələrin həssas nöqtələrindən də istifadə etdilər.

Yeni reallıqlardan doğan strateji manevrlər

Bu vəziyyət fonunda, Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında bəzi ölkələrin saxta canfəşanlığını ifşa edərək birbaşa təmas ideyasını irəli sürdü. Bu ideyanın reallaşması da düz 3 il çəkdi.
 

Nəhayət 2023-cü ilin son günlərində Ermənistanın siyasi rəhbərliyi Azərbaycanla birbaşa və vasitəçilərsiz danışıqlara razılıq verdi. Həmin vaxt Azərbaycan tərəfindən 17 bəndlik sülh layihəsi irəli sürüldü.


İlham Əliyevin siyasi xəttinin əsas xüsusiyyəti ondan ibarət idi ki, Azərbaycan yalnız müharibənin nəticələrini aradan qaldırmağa deyil, uzunmüddətli sülh üçün yeni regional reallıq formalaşdırmağa çalışdı. Nəticədə 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş status-kvonu dəyişdirdi.

Bu dəyişiklik sülh prosesinin də məzmununu yenilədi. Artıq danışıqların mərkəzində keçmiş münaqişənin qalığı olan status məsələsi deyil, iki dövlət arasında münasibətlərin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi, qarşılıqlı ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılması dayanmağa başladı.

Vaşinqton: dönüş nöqtəsi

Bu prosesin ən mühüm siyasi nəticələrindən biri 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşma oldu. Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşdırılmış sənəd imzalandı. Tərəflər həmçinin ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət imzaladılar.
 

Bu hadisənin siyasi əhəmiyyəti yalnız sənədin imzalanması ilə məhdudlaşmır. Vaşinqton görüşü uzun illər davam edən münaqişə diplomatiyasından sülh diplomatiyasına keçidin simvoluna çevrildi.


Vaşinqton görüşü və əldə olunan nəticələr Prezident İlham Əliyevin hərbi və diplomatik imkanları paralel şəkildə idarə etmək bacarığının məntiqi yekunu idi. Azərbaycan əvvəlcə ərazi bütövlüyünü təmin etdi, daha sonra isə yaranmış yeni geosiyasi reallığı sülh gündəliyinə çevirdi.

Sülh yalnız silahların susması deyil

İlham Əliyevin yanaşmasını yalnız hərbi qələbə prizmasından qiymətləndirmək kifayət deyil. Əsl siyasi nəticə ondan ibarətdir ki, Azərbaycan müharibədən sonrakı mərhələdə regionun gələcəyini kommunikasiya, ticarət, enerji və nəqliyyat əlaqələri üzərində qurmağa çalışır.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazın bloklaşmış sərhədlərini iqtisadi əməkdaşlıq məkanına çevirmək potensialı yaradır. Vaşinqton razılaşmasının kommunikasiya komponenti də məhz bu baxımdan diqqət çəkir. Sülhün iqtisadi əsaslarının yaradılması onun davamlılığını gücləndirən mühüm amildir. ABŞ və Avropa tərəfindən sonrakı dövrdə regional bağlantı layihələrinə artan diqqət də bunu göstərir.

Beləliklə, Azərbaycan üçün sülh yalnız siyasi sənəd deyil, həm də regionun iqtisadi xəritəsini dəyişə biləcək prosesdir.

İlham Əliyevin liderlik modeli

İlham Əliyevin Cənubi Qafqaz siyasətində diqqət çəkən məqam onun müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balans yaratmasıdır. Azərbaycan eyni vaxtda Türkiyə ilə strateji müttəfiqliyi, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını, ABŞ-la siyasi və iqtisadi əlaqələri, Mərkəzi Asiya ilə artan tərəfdaşlığı inkişaf etdirir.
 

2026-cı ilin fevralında Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da Vaşinqton prosesinin yalnız sülh gündəliyi ilə məhdudlaşmadığını, daha geniş iqtisadi, texnoloji və regional əməkdaşlıq perspektivinə çevrildiyini göstərir.


Bu mənada İlham Əliyevin liderliyi yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, Azərbaycanın beynəlxalq çəkisinin artması kontekstində də qiymətləndirilməlidir.

Cənubi Qafqazda yeni konfiqurasiya

Əgər əvvəlki dövrdə Cənubi Qafqaz münaqişələr və bağlı sərhədlərlə xarakterizə olunurdusa, yeni mərhələnin əsas anlayışları sülh, bağlantı, tranzit və iqtisadi əməkdaşlıqdır.

Azərbaycanın coğrafi mövqeyi bu prosesdə ölkəmizə xüsusi üstünlük verir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan regional sabitliyin iqtisadi dividendlərini əldə edə biləcək əsas ölkələrdən biridir. Sülhün möhkəmlənməsi isə Orta Dəhlizin və digər regional nəqliyyat layihələrinin əhəmiyyətini daha da artırır.

Məhz Prezident İham Əliyevin qətiyyəti və strateji yanaşması sayəsində Azərbaycan münaqişə məkanından sülh və əməkdaşlıq məkanına keçidin əsas siyasi aktorlarından birinə çevrilib.
 

Tarixin paradoksu ondadır ki, bəzən sülhə gedən yol əvvəlcə güc balansının dəyişməsindən keçir. İlham Əliyevin siyasi kursunun Azərbaycan baxımından əsas fərqi də burada görünür.


Əvvəlcə ölkənin ərazi bütövlüyünü və strateji mövqeyini təmin etmək, sonra isə həmin reallıq üzərində davamlı sülh və regional əməkdaşlıq sistemi qurmaq.

Bu gün Cənubi Qafqazda yeni səhifə açılır. Bu səhifənin müəllifi isə sözsüz ki, Azərbaycan lideri İlham Əliyevdir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Corab satdığı deyilən qazi ilə bağlı- Daha bir açıqlama

Corab satdığı deyilən qazi ilə bağlı- Daha bir açıqlama

Beyləqanda AĞIR QƏZA – Yaralılar var

Beyləqanda AĞIR QƏZA – Yaralılar var

Dünyanın ən yaşlı prezidenti iki aydır ölkədən kənardadır: Pol Biyanın səhhəti sual altındadır

Dünyanın ən yaşlı prezidenti iki aydır ölkədən kənardadır: Pol Biyanın səhhəti sual altındadır

Məkkə razılaşmasına İrandan REAKSİYA

Məkkə razılaşmasına İrandan REAKSİYA

Balakəndə ZƏNCİRVARİ QƏZA – Ölənlərin sayı üç nəfərə çatdı - YENİLƏNİB/VİDEO

Balakəndə ZƏNCİRVARİ QƏZA – Ölənlərin sayı üç nəfərə çatdı - YENİLƏNİB/VİDEO

Şüşəli eyvanınız varsa, bunu mütləq bilin –Memarlardan XƏBƏRDARLIQ

Şüşəli eyvanınız varsa, bunu mütləq bilin –Memarlardan XƏBƏRDARLIQ

Su Ehtiyatları Agentliyinin yeni rəqəmsal siması -Aysu – VİDEO

Su Ehtiyatları Agentliyinin yeni rəqəmsal siması -Aysu – VİDEO

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Əməkdar artist qaydaları kobudcasına pozdu– Video

Əməkdar artist qaydaları kobudcasına pozdu– Video

Azərbaycan XİN Ekvadoru təbrik etdi – FOTO

Azərbaycan XİN Ekvadoru təbrik etdi – FOTO

Cənubi Qafqaza sülh gətirən lider – İlham Əliyev FENOMENİ

Cənubi Qafqaza sülh gətirən lider – İlham Əliyev FENOMENİ

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq SAĞ QALDI

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq SAĞ QALDI

Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

Hər uşaq özünü güvəndə hiss etməlidir! – FOTO

Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Litvanın Baş naziri İlham Əliyevə ZƏNG ETDİ

Litvanın Baş naziri İlham Əliyevə ZƏNG ETDİ

İlham Əliyev Pezeşkiana təşəkkür etdi – FOTO

İlham Əliyev Pezeşkiana təşəkkür etdi – FOTO

Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO

Pezeşkian: “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”– VİDEO

Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir

Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir

Oktay Kaynarca və Fahriyə Evcənin serialında o da olacaq -Foto

Oktay Kaynarca və Fahriyə Evcənin serialında o da olacaq -Foto

Cinayətdə şübhəli bilinən 68 nəfər TUTULDU

Cinayətdə şübhəli bilinən 68 nəfər TUTULDU

“İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!

“İş yoldaşı”nızın sizi aldatmasını istəmirsinizsə... – Bu beş əlamətə DİQQƏT EDİN!

Tatarıstanda matəm ELAN EDİLDİ

Tatarıstanda matəm ELAN EDİLDİ

Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO