Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Qırğızıstan Prezidenti iclasda çıxış etdi.

Prezident Sadır Japarovun çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.
 

Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam. Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.


Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.

Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.

Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir.

Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.

Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.
 

Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək.


Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə - Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq. Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.

Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.

x x x

Sonra Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.
 

Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.


Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər.

Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.

Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.

Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.
 

Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz.


Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.

x x x

Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çolpon-Ata şəhərində Prezident və birinci xanımın şərəfinə dövlət ziyafəti verildi

Çolpon-Ata şəhərində Prezident və birinci xanımın şərəfinə dövlət ziyafəti verildi

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırır

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırır

Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı

Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı

Dövlət qulluğuna qəbul imtahanı KEÇİRİLƏCƏK

Dövlət qulluğuna qəbul imtahanı KEÇİRİLƏCƏK

İnternetin sürəti artırıldı - Tariflər yenidən bahalaşacaq?

İnternetin sürəti artırıldı - Tariflər yenidən bahalaşacaq?

Ukrayna bu dəfə “Ozon” anbarını vurmaq istədi – VİDEO

Ukrayna bu dəfə “Ozon” anbarını vurmaq istədi – VİDEO

Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?

Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?

Fiziki şəxslərin xarici valyuta alışı satışını üstələyib – RƏSMİ

Fiziki şəxslərin xarici valyuta alışı satışını üstələyib – RƏSMİ

Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?

Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi –SƏRƏNCAM

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi –SƏRƏNCAM

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanları 200 milyon dollara ÇATDIRILIR

Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanları 200 milyon dollara ÇATDIRILIR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Sadır Japarov: “Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”

Sadır Japarov: “Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”

Ani Lorak ispan həyat yoldaşı ilə Bakıda - Video

Ani Lorak ispan həyat yoldaşı ilə Bakıda - Video

“Bakı Metropoliteni”ndə yeni TƏYİNATLAR – FOTO

“Bakı Metropoliteni”ndə yeni TƏYİNATLAR – FOTO

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasındasiyasi dialoq bu gün ən yüksək səviyyədədir”

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasındasiyasi dialoq bu gün ən yüksək səviyyədədir”

500 manatlıq şadlıq sarayları:süfrəyə nə qoyurlar?

500 manatlıq şadlıq sarayları:süfrəyə nə qoyurlar?

İlham Əliyev: “Azərbaycan və Qırğızıstan bir-birini bundan sonra da dəstəkləyəcək”

İlham Əliyev: “Azərbaycan və Qırğızıstan bir-birini bundan sonra da dəstəkləyəcək”

Bu banklar bağlanacaq?

Bu banklar bağlanacaq?

İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə DƏVƏT ETDİ

İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə DƏVƏT ETDİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Qarabağ Universitetinə QƏBUL balları açıqlandı - FOTO

Qarabağ Universitetinə QƏBUL balları açıqlandı - FOTO

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

End of content

No more pages to load

RADİO