Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində futbolçu Hasan Şaş və idman şərhçisi Yağız Sabuncuoğlunun test nəticələri bəlli olub.
Bizim.Media xəbər verir ki, Hasanın narkotik testi müsbət, Yağızın testi isə mənfi çıxıb.
İstintaq çərçivəsində Hasandan götürülən qan və sidik nümunələrində kokain, saç nümunəsində isə kodein və kokain aşkarlandığı bildirilib.
Qeyd edək ki, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 18 nəfər barəsində saxlanılma qərarı verilib. Əməliyyat zamanı Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melisa Şenolsun, Afra Saraçoğlu, Sefo, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yağız Sabuncuoğlu, Yeliz Yeşilçimen, Aydan Osmanlı, Anıl Durmuş, Muhammet Kahyaoğlu, Aytaç Kart, Sayat Zurnacı, Eyüpcan Pırlanta və Rıfat Atlı saxlanılıb.
Bizim.Media