İlham Əliyev İƏTPİ Konfransının iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası KEÇİRİLİR


Bizim.Media xəbər verir ki, Prezidentin müraciətini Milli Məclisin sədri Sahibə Qafarova oxuyub:

"Hörmətli tədbir iştirakçıları!

Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur.

Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk.

Təəssüf ki, işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılmış və talan olunmuşdur. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur. Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.

Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir.

İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir.

Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

Bir neçə gün öncə Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilmişdir.

2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Hörmətli tədbir iştirakçıları,

Hazırkı sessiyanın “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusuna həsr olunması Parlament İttifaqının üzv ölkələrinin tərəqqisi üçün ortaq çağırışlara birgə həll yolları tapmaq əzmini nümayiş etdirir.

Əminəm ki, sessiya çərçivəsində irəli sürülən faydalı təşəbbüslər qardaş xalqlarımızın rifahına töhfə verəcək, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.

Sizə ən xoş arzularımı yetirir, sessiyanın işinə uğurlar diləyirəm."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Süni tıxac niyə yaradılır?" – VİDEO

"Süni tıxac niyə yaradılır?" – VİDEO

PFL klublara 3 milyona yaxın ödəniş etdi

PFL klublara 3 milyona yaxın ödəniş etdi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Xəzər sahili neft tullantılarından təmizlənir - FOTO

Xəzər sahili neft tullantılarından təmizlənir - FOTO

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

"Arzum"un cinayət işinin DETALLARI - Hadisə yerindən qaçıb?

"Arzum"un cinayət işinin DETALLARI - Hadisə yerindən qaçıb?

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

“Neftçi”dən növbəti TRANSFER

“Neftçi”dən növbəti TRANSFER

Dünyada milyarderlərin sayı 4 min nəfəri keçdi

Dünyada milyarderlərin sayı 4 min nəfəri keçdi

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

İlham Əliyev: “İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”

İlham Əliyev: “İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana KEÇDİ

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana KEÇDİ

Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Prezident: “Avropa Parlamenti və AŞPA anti-İslam əhvali-ruhiyyəsini təlqin edir”

Prezident: “Avropa Parlamenti və AŞPA anti-İslam əhvali-ruhiyyəsini təlqin edir”

Füzulidə kişi evinin həyətində ölü tapıldı

Füzulidə kişi evinin həyətində ölü tapıldı

Domeni "az" olan saytların fəaliyyəti hansı hallarda dayandırıla bilər?

Domeni "az" olan saytların fəaliyyəti hansı hallarda dayandırıla bilər?

Qızıl UCUZLAŞDI

Qızıl UCUZLAŞDI

İntensiv yağışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

İntensiv yağışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

İlham Əliyev İƏTPİ Konfransının iştirakçılarına müraciət etdi

İlham Əliyev İƏTPİ Konfransının iştirakçılarına müraciət etdi

50-dən artıq saxta sosial media hesabı olan Fuad Hüseynov HƏBS OLUNDU

50-dən artıq saxta sosial media hesabı olan Fuad Hüseynov HƏBS OLUNDU

5 ölkənin kəşfiyyatı xəbərdarlıq etdi: Süni intellektdən güclü kiberhücum gəlir

5 ölkənin kəşfiyyatı xəbərdarlıq etdi: Süni intellektdən güclü kiberhücum gəlir

End of content

No more pages to load

RADİO