İsveçrədə sülh, Yaxın Şərqdə SAVAŞ MESAJLARI – ABŞ-İran razılaşmasının GİZLİ DETALLARI ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi, iyunun 21-də İsveçrənin məşhur Bürgenştok kurortunda İran, ABŞ, Pakistan və Qətər rəsmilərinin iştirakı ilə yüksək səviyyəli dördtərəfli danışıqlar baş tutub. Tərəflər regional sabitlik, dəniz blokadasının aradan qaldırılması və dondurulmuş aktivlərin bərpası üzrə əldə olunmuş memorandum şərtlərini və texniki detalları müzakirə edirlər.

18 saat davam edən görüşlərin əhəmiyyətini nümayəndə heyətlərinin tərkibi də təsdiq edir. Danışıqlarda tərəflər ən yüksək siyasi səviyyədə təmsil olunublar.
 

MÖVZU İLƏ BAĞLI:

İsveçrədəki ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR


İran nümayəndə heyəti: Görüşlərdə İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf, Xarici İşlər naziri Abbas Araqçi və nazirliyin rəsmi nümayəndəsi İsmail Bəqai iştirak edib.

ABŞ nümayəndə heyəti: Vaşinqtonu danışıqlarda ABŞ vitse-prezidenti Cey Di Vens (JD Vance), həmçinin xüsusi elçilər Stiv Uitkoff (Steve Witkoff) və Cared Kuşner (Jared Kushner) təmsil ediblər.

Hansı razılaşma əldə olundu?

Görüşdən sonra birgə bəyanat imzalanıb. İlk görüşdə ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.

"Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb", - birgə bəyanatda qeyd edilib.
 

Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını alma üzrə qrupun yaradılması barədə razılığa gəlindiyi diqqətə çatdırılıb.


Danışıqların iştirakçıları Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün xüsusi mexanizmin yaradılması barədə qərar qəbul ediblər. Bu barədə isə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bəyanat verib. 

Diplomat bildirib ki, tərəflər Hörmüz boğazı vasitəsilə gəmilərin təhlükəsiz hərəkətini təmin edəcək mexanizmin formalaşdırılması barədə razılığa gəliblər.

Təzadlı xəbərlər haradan qaynaqlanır?

Rəsmi və nikbin bəyanatlara rəğmən görüşlə bağlı müxtəlif fikirlər də səslənir. Məsələn, İsveçrədə ABŞ nümayəndələri ilə danışıqlar aparan İran nümayəndə heyəti müzakirələrin gedişində Donald Tramp görüşlər zamanı səsləndirdiyi təhdid xarakterli bəyanatlara görə üzr istəməyənədək rəsmi danışıqları davam etdirmək niyyətində olmadığını açıqlayıb.

Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb. Telekanalın həmçinin bildirdiyinə görə, İran tərəfi hazırda təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını deyil, həm də İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasını tələb edir.

“Tasnim" agentliyinin məlumatına görə İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.
 

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.


İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf isə "X" sosial şəbəkə hesabında paylaşım edərək Silahlı Qüvvələrin bütün təhdidlərə cavab verməyə hazır olduğunu bildirib.

ABŞ-nin "Axios" nəşri isə yazıb ki, İran tərəfi danışıqları tərk eləməyib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai son bəyanatında  vurğulayıb ki, Tehran yekun sazişin hazırlanmasından əvvəl bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını əsas şərt hesab edir.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin mövqeyi tərəflərin öz üzərinə götürdükləri öhdəliklərə, xüsusilə də İsrail tərəfindən atəşkəs rejiminə ciddi əməl olunmasından ibarətdir.

İsrail dayanmaq istəmir...

İsveçrədə danışıqlar getdiyi bir vaxtda İsrailin Baş naziri Binyamin Netanyahu da açıqlamaları ilə diqqət çəkib. O, bildirib ki, İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

"Biz İsrailin şimal bölgəsində yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq. İsrailin baş naziri kimi bu məsələdə mövqeyim qətidir və heç nə onu dəyişməyəcək", - deyə Netanyahu bildirib.

Netanyahu İranla bağlı da mövqeyini açıqlayıb: 

"Diplomatik cəbhədə baş verənlərdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyəm. Mən İsrailin baş naziri olduğum müddətdə bu baş verməyəcək", - deyə o vurğulayıb.

Sülh nə dərəcədə realdır?

Göründüyü kimi, dördtərəfli görüş ətrafında müsbət tonlu bəyanatlar verilsə də, vəziyyət deyildiyi qədər yaxşı deyil.

Çünki ABŞ-İran münaqişəsində iki katalizator var. Biri İsrail, digəri isə HƏMAS. Onlarsa ABŞ-İran danışıqlarına və razılaşmalarına heç də isti baxmır.

Bu da o deməkdir ABŞ-la İran arasında hansısa məsələdə razılıq olsa da, davamlı sülhdən danışmaq çox tezdir.

Əslində Yaxın Şərqdə davamlı sülhün olması nə ABŞ-a, nə də ki, İrana sərf edir. Bu münaqişədən hər iki tərəf qazanclı çıxır. İran əsas rəqibləri olan Ərəb dövlətlərini bu gərginlik hesabına zəif salır. ABŞ isə Yaxın Şərqdəki gərginlikdən qlobal bazarı idarə etmək üçün faydalanır. Ona görə də İsveçrə görüşü barədə nə qədər nikbin danışılsa da, reallıq tam fərqlidir. Belə görünür ki, yaxın günlərdə Yaxın Şərqdə silahlar yenidən danışacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

End of content

No more pages to load

RADİO