Dövlət qulluğu: peşəkarlıq, məsuliyyət və xalqa xidmət missiyası

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür. Bu tarix iş günü sayılsa da ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu da dövlət idarəçiliyi sistemində çalışan minlərlə insanın əməyinə verilən yüksək dəyərin, onların cəmiyyət və dövlət qarşısındakı xidmətlərinin nəticəsidir.

Nəzərə alaq ki, dövlət qulluqçuları ölkənin idarə olunmasında, qanunların icrasında, dövlət siyasətinin həyata keçirilməsində və vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rol oynayırlar.

Dövlət qulluğu sisteminin hüquqi əsaslarının formalaşdırılması

Müstəqil Azərbaycanın inkişaf edib qüdrətlənməsində digər sahədə çalışanlar kimi dövlət qulluqçularının xüsusi rolu olub. Müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət qulluqçuları çətin və məsuliyyətli bir vəzifənin daşıyıcısı olublar.
 

Təbii ki, dövlət qulluqçularının fəaliyyəti mövcud qanunvericilik və islahatlar vasitəsilə tənzimlənib. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların təməli isə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi oldu.


Məhz həmin Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdı.

Güclü dövlət idarəçiliyinin əsas dayağı

Nəzərə alaq ki, müstəqil Azərbaycanın qurulması və inkişafı prosesində güclü dövlət idarəçiliyi sisteminin formalaşdırılması hər zaman prioritet məsələlərdən biri olub. Dövlət idarəçiliyinin səmərəliliyi isə ilk növbədə bu sahədə çalışan insanların peşəkarlığından, məsuliyyətindən və dövlət maraqlarına sədaqətindən asılıdır. Dövlət qulluqçuları dövlətin simasını təmsil edən, vətəndaşlarla birbaşa təmasda olan və dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xidmət edən əsas qüvvədir.

Ona görə də dövlət qulluğuna qəbul xüsusi və çətin prodsedurdur. Məhz bu çətin sınaqlardan uğurla çıxanlar dövlət qulluqçusu adını daşıyırlar.

Dövlət qulluğu - kadr siyasətinin əsas xətti

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni məzmunda və yeni tələblər çərçivəsində daha da inkişaf etdirilib.
 

Bu siyasətin tərkib hissəsi kimi Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, hər il 23 iyunun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilməsi üçün Prezident İlham Əliyev 2006-cı il 25 may tarixində Sərəncam imzalayıb.


Təbii ki, bu əlamətdar günün təsis edilməsi dövlət qulluğunun ölkənin inkişafı prosesinə verdiyi töhfəni vurğulamaq, vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığı, səmərəliliyi, innovasiyaları və mükəmməlliyi təşviq etmək, dövlət qulluqçularının əməyini qiymətləndirmək və motivasiya etmək məqsədilə atılmış addımlardan biridir.

Rəqəmsallaşma və yeni çağırışlar

Təsadüfi deyil ki, Azərbaycan dövlət qulluğu sistemi son 20 ildə mühüm inkişaf yolu keçib. İdarəetmədə müasir texnologiyaların tətbiqi, elektron hökumət mexanizmlərinin genişləndirilməsi, şəffaflığın və operativliyin artırılması dövlət xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bu dəyişikliklər dövlət qulluqçularının fəaliyyətinə də yeni tələblər gətirib. Müasir dövlət qulluqçusu yalnız qanunvericiliyi bilən məmur deyil, eyni zamanda innovativ düşüncəyə malik, çevik qərarlar qəbul edən, vətəndaşlara yüksək xidmət mədəniyyəti nümayiş etdirən peşəkar şəxs olmalıdır.
 

Dövlət qulluqçularının fəaliyyətinin əsasını qanunun aliliyi, obyektivlik, şəffaflıq, məsuliyyət və vətəndaşlara hörmət prinsipləri təşkil edir. Bu prinsiplər dövlət qurumlarına olan ictimai etimadın formalaşmasında mühüm rol oynayır. Dövlət qulluğunda çalışan hər bir şəxs öz fəaliyyəti ilə dövlətin nüfuzunun möhkəmlənməsinə və cəmiyyətin inkişafına töhfə vermiş olur.


Dövlət qulluğunda ardıcıl islahatlar

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın qəbulu və icrası dövlət qulluğu sahəsində islahatları daha da dərinləşdirib.

Qeyd edək ki, dövlət qulluğundakı bu islahatlar sistemin inkişafına təkan verməklə yanaşı institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə və mütərəqqi motivasiya modellərinin tətbiqinə imkan verib.

Nəticə etibarı ilə “Dövlət qulluğu haqqında” Qanunun qəbulundan və Dövlət Strategiyasının həyata keçirilməsindən sonra Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşdırılıb və dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.

Strategiyadan praktik nəticələrə: səmərəli idarəetmə modeli

Hazırda ölkəmizdə dövlət qulluqçularının sayı 28 minə yaxındır. Maraqlıdır ki, dövlət qulluqçularının 30 faizi qadınlardır. Bu da onu göstərir ki, Azərbaycanın bir dövlət kimi inkişaf etməsində və qüdrətlənməsində qadınlarımızın da böyük payı var.
 

Dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsində, vətəndaşların problemlərinin həllində, milli maraqların qorunmasında və dövlət siyasətinin uğurla icrasında mühüm missiya daşıyırlar. Xüsusilə son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar göstərir ki, güclü dövlətçilik ənənələrinin möhkəmləndirilməsi üçün peşəkar kadr potensialının formalaşdırılması həlledici əhəmiyyətə malikdir.


Müasir dövrdə yeni tələblər

Dövlət qulluqçusunun fəaliyyəti yalnız vəzifə borcunun icrası ilə məhdudlaşmır. Bu peşə yüksək mənəvi məsuliyyət, vətənə bağlılıq və xalqa xidmət missiyası tələb edir. Dövlət qulluqçusu qəbul etdiyi hər qərarın və gördüyü hər işin insanların həyatına təsir etdiyini dərk etməli, dövlət maraqlarını hər zaman üstün tutmalıdır.

Bu gün dövlət idarəçiliyinin müxtəlif sahələrində çalışan minlərlə əməkdaş öz peşə fəaliyyətləri ilə Azərbaycanın inkişafına, dövlətçiliyin möhkəmlənməsinə və cəmiyyətin rifahına xidmət edirlər.

Əminik ki, onların fədakar əməyi Azərbaycanın davamlı inkişafına, dövlət idarəçiliyinin daha da təkmilləşməsinə və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə bundan sonra da mühüm töhfələr verəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

End of content

No more pages to load

RADİO