XİN-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

“26 fevral 2022-ci il tarixində, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu ildönümü tamam olur. 

Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin dağıdılması və onun sakinlərinin soyqırımına məruz qalması olub.

Münaqişədən əvvəl Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda 7000-dən çox insan - kişilər, qadınlar, uşaqlar, ailələr yaşayırdı. 

1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı moto-atıcı alayının köməyi ilə Xocalıya nəzarəti zorla ələ keçirdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. 

Şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. 

Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanda dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən irəli gəlir.  
Xocalı qətliamı və Ermənistanın Azərbaycan Respublikasına təcavüzü zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.  

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər. 

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib. 

Beynəlxalq hüquqa əsasən dövlətlər, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən vəhşilik kimi, cinayətləri araşdırmaq və cinayətkarları mühakimə etmək öhdəliyi daşıyırlar.

Lakin bu günədək, Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanların heç biri Ermənistan tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyib. 

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması Ermənistan tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirildi.

Döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistan, 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror taktikasına əl atdı.

Ermənistan bu dəfə müasir növ zirehli silahlar, raket qurğuları və kaset sursatlarından istifadə edərək növbəti dəfə qanunsuz olaraq dinc azərbaycanlı əhalini hədəfə alaraq qətlə yetirdi. 

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək. 

Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Sara Əzimovaya yeni VƏZİFƏ VERİLDİ

Sara Əzimovaya yeni VƏZİFƏ VERİLDİ

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

Üç rayona qar yağır - FAKTİKİ HAVA

Üç rayona qar yağır - FAKTİKİ HAVA

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO

Bakıda FACİƏ: Gənc oğlan və qız dəm qazından zəhərləndi, biri həyatını itirdi

Bakıda FACİƏ: Gənc oğlan və qız dəm qazından zəhərləndi, biri həyatını itirdi

Dünyanın ən böyük pazlını yığdı: Qarajda 9 metrlik masa düzəltdi - FOTO

Dünyanın ən böyük pazlını yığdı: Qarajda 9 metrlik masa düzəltdi - FOTO

Tramp İran üzərində qələbə elan edəcək? – Detallar AÇIQLANDI

Tramp İran üzərində qələbə elan edəcək? – Detallar AÇIQLANDI

Qırğızıstanda 3 vəzifəli şəxs dövlət çevrilişi etmək istəyib - TƏFƏRRÜAT - FOTO

Qırğızıstanda 3 vəzifəli şəxs dövlət çevrilişi etmək istəyib - TƏFƏRRÜAT - FOTO

Kral III Çarlz: “Trampa Britaniya lazım olsa, həmin zəngi çala bilər” - VİDEO

Kral III Çarlz: “Trampa Britaniya lazım olsa, həmin zəngi çala bilər” - VİDEO

Şahin Mustafayev Ermənistana getdi - FOTO

Şahin Mustafayev Ermənistana getdi - FOTO

Pensiya ilə bağlı rəsmi məlumat

Pensiya ilə bağlı rəsmi məlumat

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

End of content

No more pages to load

RADİO