İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım olunub.

Məktubu təqdim edirik:

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Hörmətli cənab Prezident,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, güclü və qüdrətli dövlətin görkəmli Lideri kimi ali dövləti fəaliyyətinizdə daim uğurlar və yeni-yeni nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk. Keçən ilin avqustunda Ağ Evdə Sizinlə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı. Əldə etdiyimiz bu möhtəşəm nailiyyət Sizin sarsılmaz iradənizin və əzminizin bariz göstəricisidir.

Dövlətlərarası münasibətlərimizin inkişafına daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə təşəkkür edirik.

Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük.

Hörmətli cənab Prezident,

Sizinlə aramızdakı şəxsi münasibətləri, dostluğu, dərin hörmət və etimadı daim uca tutur, son bir il ərzində mehribanlıq və səmimiyyət şəraitində keçən məhsuldar görüşlərimizdən və təmaslarımızdan məmnunluq duyduğumu bildirirəm.

Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir.

Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Dərin hörmət və ehtiramlarımı izhar edərək bir daha Sizə və ailənizə ən xoş arzularımı çatdırır, dost Amerika xalqının rifahı naminə məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionatı: İsveç darmadağınla qalib gəldi – VİDEO

Dünya çempionatı: İsveç darmadağınla qalib gəldi – VİDEO

Mahsun Kırmızıgül Bakıda toyda oxudu– Video

Mahsun Kırmızıgül Bakıda toyda oxudu– Video

ABŞ-İran razılaşmasına Ərdoğandan REAKSİYA - FOTO

ABŞ-İran razılaşmasına Ərdoğandan REAKSİYA - FOTO

Sağlam qidalanmaq üçün beyninizi aldatmağın 7 üsulu

Sağlam qidalanmaq üçün beyninizi aldatmağın 7 üsulu

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Flora Kərimovanın son durumu AÇIQLANDI

Flora Kərimovanın son durumu AÇIQLANDI

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

End of content

No more pages to load

RADİO