Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda uzun illərdir sürücülərin və sərnişinlərin ən çox şikayət etdiyi problemlərdən biri nəqliyyat sıxlığıdır. Bu problemin həlli istiqamətində hökumət dəyişkən iş qrafikinin tətbiqini nəzərdən keçirir. Dövlət Proqramına əsasən, müxtəlif qurum və müəssisələrin fərqli saatlarda fəaliyyət göstərməsi ilə pik saatlarda yüklənmənin azaldılması hədəflənir.

Dəyişkən iş qrafikinin tətbiqi Bakıda nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər? Bu modelin tətbiqi zamanı hansı çətinliklər yarana bilər və dünya təcrübəsi Azərbaycana nə vəd edir?

Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, mobilliyə və nəqliyyat sıxlığının azaldılmasına təsir edəcək əsas amil dövlət proqramının tam şəkildə icra olunmasıdır:
 

“Bu proqram kifayət qədər geniş sahələri əhatə edir. Buraya dairəvi, radial və əlaqələndirici yolların tikintisi, eləcə də relsli nəqliyyatın inkişafı daxildir. Ən vacib istiqamətlərdən biri metro şəbəkəsinin genişləndirilməsi, gələcəkdə tramvayın şəhərə qaytarılması və şəhərətrafı elektrik qatarlarının inkişafıdır.


Şəhərətrafı elektrik qatarları faktiki olaraq yerüstü metro funksiyasını yerinə yetirməlidir və düşünürəm ki, gələcəkdə bu funksiyanı daha effektiv şəkildə daşıyacaq. Hazırda bu nəqliyyat növündən gündəlik istifadə edən sərnişin sayı təxminən 42 min nəfərdirsə, yaxın perspektivdə bu rəqəmin 200 min nəfərə çatdırılması nəzərdə tutulur”.

Ekspert deyib ki, nəzərə almaq lazımdır ki, şəhərətrafı dəmir yolunun 146 illik tarixi var:

“Bu müddət ərzində Bakı və Abşeronda əhali sayı və məskunlaşma əhəmiyyətli dərəcədə artıb. Məsələn, Xırdalan və Sumqayıt böyük yaşayış mərkəzləridir. Abşeron rayonunda təxminən 500 min, Sumqayıtda 360 minə yaxın əhali yaşayır. Binə qəsəbəsində 220 minə yaxın, Maştağada isə 100 minə yaxın əhali var. Bu göstəricilər bəzi respublika tabeli şəhər və rayonların əhalisi ilə müqayisə oluna bilər. Buna görə də şəhərətrafı dəmir yolu əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır”.

R.Ağamirzəyevin sözlərinə görə, qatarların 15-20 dəqiqə intervalla hərəkəti təmin edilməli, onların sayı artırılmalı, rabitə və siqnalizasiya sistemləri tam elektronlaşdırılmalıdır:

“Eyni zamanda iş saatlarının fərqləndirilməsi də müəyyən rol oynaya bilər. Bu addım nəqliyyat yükünü tam aradan qaldırmasa da, gün ərzində daha balanslı paylanmasına kömək edə bilər. Bununla yanaşı, daşıma imkanlarının artırılması da vacibdir. Məsələn, bir metro qatarı təxminən 1500 sərnişin daşıya bildiyi halda, hazırda istifadə olunan şəhərətrafı qatarların tutumu təxminən 500 nəfərdir. Qatarların konfiqurasiyası dəyişdirilərək metro tipli vaqonlardan istifadə olunsa, eyni marşrut və eyni reyslə daha çox sərnişin daşımaq mümkün olar”.

Nəqliyyat ekspertinin fikrincə, sürətin artırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində də addımlar atılmalıdır:
 

“Dəmir yolunun yaşayış məntəqələrindən keçdiyi ərazilərdə əlavə keçidlər yaradılmalı, çəpərləmə işləri genişləndirilməli, səkilər və piyadaların keçid imkanları yaxşılaşdırılmalı, ərazilərin işıqlandırılması təmin edilməlidir. Stansiyalar isə multimodal nəqliyyat qovşaqları kimi fəaliyyət göstərməlidir. Yəni sərnişinlərin metro, avtobus, dəmir yolu və digər nəqliyyat növləri arasında rahat keçidi təmin olunmalıdır. Nəticə etibarilə vahid bilet sisteminin tətbiqi vacibdir ki, ictimai nəqliyyat həm sürətli, həm də sərfəli olsun”.


Müsahibimiz onu da qeyd edib ki, tıxaclar böyük şəhərlərdə həmişə olub və olacaq:

“Əsas məsələ insanlara alternativlərin təqdim edilməsidir. Daha yumşaq islahatlar sırasında avtobus zolağı şəbəkəsinin təkmilləşdirilməsi, mikromobillik vasitələrinin inkişafı və piyada infrastrukturunun yaxşılaşdırılması dayanır.

Təəssüf ki, hazırda səkilərin vəziyyəti bir çox yerlərdə qənaətbəxş deyil. Daha ciddi və uzunmüddətli həll yolu isə investisiya tələb edən layihələrin həyata keçirilməsidir. Dövlət proqramında da əksini tapan bu istiqamətlərə relsli nəqliyyatın inkişafı, avtobus parkının genişləndirilməsi, eləcə də dairəvi, radial və əlaqələndirici yolların tikintisi daxildir. Bununla yanaşı, xidmətlərin elektronlaşdırılması da olduqca vacibdir”.

R.Ağamirzəyev əlavə edib ki, ümumiyyətlə, mobillik məsələsinə “Biz niyə gedirik?” və “Nə ilə gedirik?” sualları prizmasından yanaşmaq lazımdır:
 

“Nə ilə gedirik?” sualının cavabı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlıdır və bu barədə yuxarıda qeyd etdik. Lakin “Niyə gedirik?” sualı da ən azı onun qədər əhəmiyyətlidir. İnsanlar müxtəlif xidmətlərdən yararlanmaq, müraciətlər etmək və gündəlik ehtiyaclarını qarşılamaq üçün hərəkət edirlər. Rəqəmsal xidmətlərin genişləndirilməsi bu ehtiyacdan irəli gələn səfərlərin sayını azaltmağa kömək edə bilər. İnsanlar evdən və ya iş yerindən çıxmadan müxtəlif xidmətlərə çıxış əldə edə bilməlidirlər.


Elektron müraciət və onlayn xidmətlərin sayının artırılması nəqliyyat sıxlığına birbaşa təsir göstərə, həmçinin vətəndaşların vaxtından daha səmərəli istifadə etməsinə şərait yarada bilər. Əgər xidmətlər rəqəmsal formada əlçatan deyilsə və insanlar hər bir məsələ üçün fiziki olaraq müxtəlif ünvanlara getməyə məcbur qalırlarsa, nəqliyyat sıxlığı da davam edəcək. Buna görə də xidmətlərin elektronlaşdırılması nəqliyyat problemlərinin həllində mühüm istiqamətlərdən biri hesab olunmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO