İlham Əliyev Ərdoğanın ad gününü təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. 

Bizim.Media-nın məlumatına görə, məktubda deyilir:

"Əziz Qardaşım, ad gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. 

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz ilə qardaş Türkiyə Respublikası bu gün bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanmış güclü və qüdrətli dövlətdir.

Qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində ölkənizin keçdiyi hərtərəfli inkişaf yolu, imza atdığı uğurları bizi səmimi-qəlbdən sevindirir və ruhlandırır. 

Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır. Birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır. 

Fürsətdən istifadə edərək tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi münasibətilə məmnunluğumu ifadə edirəm. Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir.

Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik. 
Əziz Qardaşım, Sizə Allahdan möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

End of content

No more pages to load

RADİO