Prezidentə gələn TƏBRİKLƏR...

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*****

İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla".

*****

İndoneziya Prezidenti Prabovo Subianto Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"İndoneziya Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Dərin və mürəkkəb geosiyasi dəyişikliklərlə səciyyələnən müasir dövrdə Azərbaycan özünü sabitliyin və tərəqqinin mühüm sütunlarından biri kimi uğurla təsdiq etmişdir. Avropa ilə Asiyanın strateji kəsişməsində yerləşən Azərbaycanın təşəbbüskar diplomatiyası, transmilli əlaqələrin inkişafında mühüm rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə ölkənizin müasir beynəlxalq arenada əvəzolunmaz əhəmiyyətini nümayiş etdirir.

İndoneziya Azərbaycanı yalnız dost ölkə kimi deyil, həm də qlobal reallıqların idarə olunmasında mühüm tərəfdaş kimi qiymətləndirir. Ortaq dəyərlərimizi və qarşılıqlı maraqlarımızı nəzərə alaraq, İndoneziya ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinə sadiqdir.

Ticarət, enerji və sosial-mədəni əlaqələr kimi əsas sahələrdə yeni əməkdaşlıq imkanlarının genişləndirilməsini səbirsizliklə gözləyirik. Əminəm ki, həm ikitərəfli kontekstdə, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlığımızı davam etdirməklə ölkələrimiz yalnız xalqlarımız üçün daha böyük faydalar yaratmayacaq, eyni zamanda, qlobal sülhə və davamlı inkişafa mühüm töhfələr verəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və davamlı müvəffəqiyyət, Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı səmimiyyətlə çatdırıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 17 yaşlı yeniyetmə xəstəxanalıq oldu

Şəmkirdə 17 yaşlı yeniyetmə xəstəxanalıq oldu

Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO

Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO

Qusarın İcra başçısı bu dəfə tələbələrlə görüşdü - FOTOLAR

Qusarın İcra başçısı bu dəfə tələbələrlə görüşdü - FOTOLAR

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR

Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO

Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO

Azərbaycan və İran hər zaman bir-birinin yanındadır - İlham Əliyev

Azərbaycan və İran hər zaman bir-birinin yanındadır - İlham Əliyev

Buraxılış imtahanında maksimal bal toplayan OLMADI

Buraxılış imtahanında maksimal bal toplayan OLMADI

Prezidentə gələn TƏBRİKLƏR...

Prezidentə gələn TƏBRİKLƏR...

TƏBİB gücləndirilmiş iş rejiminə keçir

TƏBİB gücləndirilmiş iş rejiminə keçir

Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

Prezident İlham Əliyev Pezeşkianla DANIŞDI

Prezident İlham Əliyev Pezeşkianla DANIŞDI

Mayın 17-də keçirilən imtahanların nəticələri ELAN OLUNDU

Mayın 17-də keçirilən imtahanların nəticələri ELAN OLUNDU

Zakir Həsənov Azərbaycan Ordusunun Qurban bayramını təbrik etdi

Zakir Həsənov Azərbaycan Ordusunun Qurban bayramını təbrik etdi

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı yekunlaşdı - FOTO- VİDEO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı yekunlaşdı - FOTO- VİDEO

Ağdaşda “Mercedes” 87 yaşlı piyadanı vuraraq öldürdü

Ağdaşda “Mercedes” 87 yaşlı piyadanı vuraraq öldürdü

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin YEKUN ÇIXIŞI

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin YEKUN ÇIXIŞI

Makron: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram!

Makron: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram!

Leyla və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO

Leyla və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO

İsxak Hersoq: Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir!

İsxak Hersoq: Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir!

Azərbaycanlı rəssam Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində birincilik qazandı - FOTO

Azərbaycanlı rəssam Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində birincilik qazandı - FOTO

Hərbçilərimiz köməksiz qalan CÜYÜR BALASINI xilas ediblər - FOTO/VİDEO

Hərbçilərimiz köməksiz qalan CÜYÜR BALASINI xilas ediblər - FOTO/VİDEO

Donald Tramp İlham Əliyevi TƏBRİK ETDİ

Donald Tramp İlham Əliyevi TƏBRİK ETDİ

Kürdəmirdə xəsarət alan sürücünün kimliyi məlum olub

Kürdəmirdə xəsarət alan sürücünün kimliyi məlum olub

Rubio İrəvanda hansı sənədləri imzaladı? – VİDEO

Rubio İrəvanda hansı sənədləri imzaladı? – VİDEO

End of content

No more pages to load

RADİO